Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya hökuməti qiyamçıların məğlub olduğunu elan edib

Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sunni qiyamçı feldmarşal Xəlifə Haftarın tamamilə məğlub edildiyi barədə açıqlama verib...

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Tahir əs-Sunni “Twitter” hesabında yazıb.

O, Xəlifə Haftarı “hakimiyyət hərisi” adlandıraraq, hökumət ordusunun paytaxt Tripoli və Tarhunə şəhərlərini qiyamçı silahlılardan tamamilə təmizlədiyini bildirib:

“Bu gün zəfərimizi qeyd edirik. Paytaxt Tripolinin ardından Tarhunə azadlığına qovuşdu. Hakimiyyət hərisi Haftarın macərası rəsmən başa çatdı”.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Mərakeşdə BMT-nin himayəsi altında Liviya münaqişəsinin tərəfləri problemin siyasi vasitələrlə tənzimlənməsi haqqında saziş imzalayıblar.

Sazişə uyğun olaraq, Liviyada keçid prosesini idarə etmək üçün BMT tərəfindən tanınan milli barışıq hökuməti yaradılıb.

Feldmarşal Xəlifə Haftar və onun xarici siyasi müttəfiqləri bu sazişin qüvvəyə minməsinə hər vəchlə mane olub, onun yerlərdə reallaşmasına imkan verməyiblər.(oxu.az)

pia.az


Etiket: Liviya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar