Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminqer Moskvada keçirəcəkləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər

Rusiya xarici işlər naziri Sergey LavrovATƏT-in baş katibi Tomas Qreminqer növbəti həftə Moskvada keçirəcəkləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqndə məlumat verib.

Onun sözlərinə görə, görüş hər il Moskvada keçirilən beynəlxalq təhlükəsizlik üzrə konfrans çərçivəsində, aprelin 24-də keçiriləcək.

Xatırladaq ki, aprelin 15-də Moskvada AzərbaycanErmənistan xarici işlər nazirlərinin Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü keçirilib.

Görüş zamanı AzərbaycanErmənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib.

Onlar tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən, KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktiki işə başlamağa hazır olduqlarını bildiriblər.(Oxu.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar