Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçının kəndləri boşaldılır: İki gün qaldı

Laçının 50-yə yaxın yaşayış məskəninin əhalisi oranı artıq tam tərk edib.

PİA.az xəbər verir ki, bunu “Laçın icmasının” rəhbəri Narek Aleksanyan deyib. “Bu günə qədər 47 yaşayış məntəqəsinin əhalisi tam köçürülüb”, - o bildirib.

Onun sözlərinə görə, ərazinin Azərbaycana təhvil verilməsi dekabrın 1-nə təyin olunub və hazırda sakinlərin köçürülməsi prosesi davam edir.

Aleksanyan Laçın şəhərində, eyni zamanda Gorusla sərhəddə yerləşən Zabux və Sus (Sus da Zabux kənd ərazi vahidinə aiddir) kəndlərində sakinlərin qala biləcəkləri haqda məlumat aldığını bildirib:

“Bizə Xankəndidən (keçmiş qondarma "dqr" nəzərdə tutulsa da, konkret ad və ünvan göstərilməyib - red.) bildirildi ki, Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində yaşayanlar hələlik qala və icma kimi yaşaya da bilərlər. İndi sakinlərdən asılıdır – onlar buna könüllü qərar verəcəklər, qalacaqlar, ya yox. Ancaq dəqiqliyini bilmirik. Heç kəs bilmir ki, bir saatdan sonra hansı qərar olacaq”.

N.Aleksanyan icmanın da qalmaması barədə qərar veriləcəyi halda belə köçün çətin olmayacağını vurğulayıb. Bildirib ki, hələ müharibə davam edərkən rayondakı sakinlər, o cümlədən şəhər əhalisinin böyük əksəriyyəti öz əşyalarını da yığışdıraraq, çıxıb gedib.

Qeyd edək ki, ərazisi 1.835 kv/km olan Laçın rayonu 18 may 1992-ci ildə işğal edilib. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd var.  (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar