Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa yoluxduqdan sonra ən çox görülən ağırlaşmalar

“Xəstələr arasında koronavirusun ən çox rast gəlinən ağırlaşmaları sepsis (42 faiz), tənəffüs və ürək çatışmazlığı (müvafiq olaraq, 36 və 12 faiz), həmçinin, qanın laxtalanmasının pozulmasıdır (7 faiz)”...

“360 TV”nin məlumatına görə, bu barədə Moskva Dövlət Tibb Universitetinin professoru, Rusiya Xalq Sağlamlığı Assosiasiyasının prezidenti Andrey Dyomin deyib.

O, Uhan şəhərində xəstəxanaya yerləşdirilənlərin statistikasına istinad edib.

Qeyd olunan ağırlaşmalardan əlavə, xəstələrdə mədə-bağırsaq traktında, böyrəklərdə, qaraciyərdə, beyində, periferik sinir sistemində, qan damarlarında, həmçinin, mikrosirkulyasiyada pozuntular müşahidə edilib. Bundan başqa, dəri təzahürləri də görünüb.

Dyomin əlavə edib ki, infeksiyanın klinik təzahürləri olmadıqda belə, bəzi hallarda immun sisteminin, qaraciyərin, böyrəklərin, həmçinin, digər orqan və sistemlərin funksiyaları dəyişir.

Sağaldıqdan sonra fəsadların qalması barədə danışan professor hazırda bu məsələnin statistikasının tam öyrənilmədiyini vurğulayıb. Buna baxmayaraq, onun sözlərinə görə, infeksiyanın nəticələri, həqiqətən, çoxdur və bu xəstəliyə düçar olmuş insanlar üçün reabilitasiya sistemini inkişaf etdirmək tibb ictimaiyyətinin qarşısında duran vəzifələrdən biridir.(oxu.az)

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar