Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmpiçmentə məruz qalan prezidentlər - Siyahı

ABŞ Nümayəndələr Palatası vəzifə səlahiyyətlərindən sui-istifadə və istintaqa mane olma səbəbi ilə Prezident Donald Trampa qarşı impiçment elan edib...

Səslər partiya mənsubiyyəti üzrə bölünüb. Respublikaçılar Donald Trampa qarşı irəli sürülən ittihamların əleyhinə səs versələr də, qərar parlamentin aşağı palatasında səs çoxluğuna malik olan demokratların üstünlüyü ilə nəticələnib.

Donald Tramp impiçment haqda Miçiqan ştatında seçiciləri ilə keçirilən görüş zamanı xəbər tutub.

İndi impiçment haqda səsvermə ABŞ Konqresinin yuxarı palatası – Senata göndəriləcək. Donald Tramp əmindir ki, Senatda üstünlük təşkil edən respublikaçılar ona bəraət qazandıracaqlar.

Xatırladaq ki, Donald Tramp impiçment elan olunan yeganə siyasətçi deyil.

Lusio Qutierrez – 2003-2005-ci il aralığında Ekvadora rəhbərlik edib. 2005-ci ildə Lusio Qutierrezin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. 20 aprel 2005-ci il Milli Konqres onu hakimiyyətdən uzaqlaşdıraraq səlahiyyətlərinin icrasını vitse-prezident Alfredo Palasio Qonsalesə verib.

Rolandas Paksas - 2003-2004-cu illər aralığında Litvanın Prezidenti olub. 30 oktyabr 2003-cü il Litva Dövlət Təhlükəsizlik Departamenti ölkə Seyminə təqdim etdiyi sənədlərdə Rolandas Paksas və onun ətrafını beynəlxalq cinayətkar şəbəkə ilə əlaqədə olduğunu iddia edib.

31 mart 2004-cü il Litva Konstitusiya Məhkəməsi R.Paskasın ölkə konstitusiyasını pozduğu haqda qərar çıxarıb. Altı aprel 2004-cü il parlament ölkə Konstitusiyası və Prezident andını pozduğunu əsas gətirərək R.Paskasın səlahiyyətlərini əlindən alır. Lakin həmin ilin 25 oktyabrında Vilnüs Regional Məhkəməsi Rolandas Paksasın hərəkətlərində cinayət tərkibi tapmadığını elan edərək, ona bəraət verib.

Fernando Luqo – paraqvaylı siyasətçi və kilsə xadimi. 2008-2012-ci illər aralığında Paraqvayın Prezidenti olub. Torpaqsız kəndlilərin polislə qarşıdurmasından sonra Paraqvay Senatının qərarı ilə 22 iyun 2012-ci il səlahiyyətlərini vaxtından əvvəl təhvil verməli olub.

Dilma Rusef 2011-2016-cı illərdə Braziliyaya rəhbərlik edib. 2015-ci ilin sentyabr ayında seçki kompaniyası dövründə maliyyə fırıldaqçılığı və vergi qanunvericiliyini pozduğuna görə müxalifət partiyalarının tələbi ilə D.Rusefə qarşı impiçment proseduru tətbiq edilib. 31 avqust 2016-cı il Braziliya Senatının qərarı ilə tutduğu prezident postundan uzaqlaşdırılıb.

Cənubi Koreya Prezidenti Pak Kın Xenin impiçmenti korrupsiya iddiaları və məxfi sənədlərin yayılması ilə əlaqədar olub. Doqquz dekabr 2016-cı il parlamentin böyük əksəriyyəti prezident səlahiyyətərinin xitam verilməsinə səs verib. Koreya Konstitusiya Məhkəməsi 10 mart 2017-ci il parlamentin irəli sürdüyü impiçiment qərarında hüquqi əsaslar taparaq Pak Kın Xeni vəzifəsindən kənarlaşdırıb.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar