Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hansı məmurun təşəbbüsü...” - Əli Həsənov "Kaspi"dən danışdı

Əli Həsənov qalmaqallı qərardan danışdı...

“Əgər bu gün Azərbaycan dövləti yardım ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir”.

PİA.az xəbər verir ki, bunu prezidentin keçmiş köməkçisi Əli Həsənov BBC Azərbaycancaya deyib.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu hər il 3 kateqoriya üzrə bəzi qəzetlərə maliyyə dəstəyi verir. Müəyyən şərtləri ödəyən qəzetlər kateqoriyasından asılı olaraq, hər ay 20 min, 10 min və 5 min manat yardım alır. Bu ilki yardım alacaq qəzetlərin siyahısında "Kaspi" və "Kaspiy" qəzetlərinin adı yoxdur.

Əli Həsənov ailə üzvlərinə məxsus olan "Kaspi" və "Kaspiy" qəzetlərinin dövlət yardımından məhrum edilməsinə münasibət bildirmək istəmədiyini deyir: "Çünki bu sahədə çalışan məmur olmuşam, xüsusilə də KİV- ə Dəstək Fondunu, o yardımları edən məmur olmuşam, ona görə də buna münasibət bildirməyi məqbul hesab etmirəm".

Əli Həsənov ötən ilin noyabrında ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçi vəzifəsindən azad edilib.

"Qəzetin ailə olaraq mənə yaxınlığı yalnız onun təsisçisi ilə bağlıdır, "Kaspi"nin təsisçisi xanımımdır, digərinki Kaspi təhsil mərkəzidir. Amma təsisçinin kimliyi mahiyyət təşkil eləmir. Əsas odur ki, qəzetlərin fəaliyyəti cəmiyyət tərəfindən necə qarşılanır, bu qəzetlər hansı fəaliyyətlə məşğul olur, Azərbaycan ictimaiyyəti, elitası, ziyalıları, elm-təhsil, mədəniyyət adamlar, yazarlar bu qəzetdən necə bəhrələnir, necə istifadə edir və bu qəzetin tarixi, ənənəsi, Azərbaycan dövlətinə, cəmiyyətinə lazımlılığı ilə ölçülür", Əli Həsənov deyib.

Əli Həsənov "Kaspi" qəzetlərinə maliyyə yardımı ayırlmamasının məntiqini anlamadığını da əlavə edib. Amma onun sözlərinə görə, bunun səbəblərini qəzet kollektivi araşdırır:

"Biz hələ araşdıra bilməmişik, - şəxsən mənim araşdırmaq fikrim yoxdur, amma qəzetin təsisçisi, kollektivi araşdırmağa çalışır ki, hansı mərhələdə, hansı məmurun təşəbbüsü ilə və yaxud da hansı strukturda bu qərar qəbul olunub. Ona görə də onlar yardımın başında dayanan ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ediblər".

Onun fikrincə, qəzet kollektivinin belə bir müraciəti etməyə haqları var: "Əgər bu gün Azərbaycan dövləti pul ayırırsa, "Kaspi" qəzeti niyə bu yardımı almasın? Bilirsiniz ki, "Kaspi" qəzeti tarixi, ənənəsi olan və kifayət qədər də sanballı qəzetdir, oxucularına baxsaz, özəl qəzetlər sırasında seçilən qəzetdir," Əli Həsənov deyib.

O düşünür ki, qəzet kollektivinin müraciəti ilə bağlı ölkə rəhbərliyi yalnız müsbət qərar qəbul edə bilər.

pia.az

 


Etiket: Əli Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar