Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc icra başçısı xalqın tərəfində durdu və qanunu kobud şəkildə pozdu...

Neftçalanın icra başçısı qalmaqallı bələdiyyə sədrini sakinlərin şikayəti əsasında işdən qovub...

Xəbər verdiyimiz kimi bir neçə gün öncə saytımızda “İcra başçısı da bələdiyyə sədri ilə bacarmır-Neftçalada fermerlərin örüş davası”, başlıqlı yazı vermişdik. Qeyd edək ki, yazıda Neftçala rayonunun Xolqaraqaşlı kənd sakinləri kəndin bələdiyyə sədri Əlibala Səlimovun özbaşınalığından fəryad edirdi. Onlar bildirirdi ki, Ə.Səlimov kəndin otlaq sahələrini öz qohum-əqrabası ətrafında bölüşdürərək əkib-becərir. Vətəndaşlar isə heyvanlarını otarmağa yer tapmırlar. 
 
Moderator.az-a danışan kənd sakinlərindən biri bildirir ki, işıqlandırdığımız yazı rayonda böyük rezonans doğurub. Bundan sonra icra başçısı Mirhəsən Seyidov sakinlərlə görüş keçirib. M.Seyidov elə ordaca bələdiyyə sədri Ə.Səlimovu işdən qovub. Sakinlər isə 200 hektar örüş sahəsi ilə təmin olunub. 



İctimai fəal, bələdiyyə üzvü Vəfa Nağı isə sosial şəbəkədə belə bir məlumat yayıb:
 
“Bələdiyyə sədri yediklərini məhkəmədə etiraf edib. Özü də deyib ki, nə yemişəm, icra başçısı ilə yemişəm, (İsmayıl Vəliyev) çıxardıblar. Və beləcə bələdiyyə sədrinin də sonu gəldi. Bu günü də görmək qismət oldu deyək. Kəndlilər 200 hektar örüş sahəsi alıb. Sevincliyəm çox. Eşq olsun ayağa qalxan kənd sakinlərinə. Baş əyirəm. Əjdaha getdi, zülm bitdi”. 

PİA.az-dan zəruri qeyd: Ölkə qanunvericiliyinə görə bələdiyyələr seçkili orqandır və icra qurumların bu orqanın işinə müdaxilə edə bilməz. İcra baçısı isə, bələdiyyə sədrini işdən qova bilməz. Ümid edirik ki, Xolqaraqaşlı kənd sakinlərinin çoxdankı tələbi olan bələdiyyə sədrinin işdən azad olunması qanuna uyğun şəkildə həyata keçiriləcək və ədalət zəfər çalacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar