Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada dünəndən başlayan aksiyada 800 mindən çox adam iştirak edib

Fransada son illərin ən böyük etiraz aksiyası keçirilir...

Fransada dünəndən başlayan və pensiya islahatlarına qarşı olan ümummilli tətildə 100-dən artıq şəhərdə 800 mindən çox adam iştirak edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Parisdə işıq üzü görən "Le Monde" nəşri məlumat yayıb.

"Bu, həm dövlət, həm də özəl sektorda çox güclü mobillikdir", - Fransanın ən böyük həmkarlar ittifaqı olan Baş Əmək Konfederasiyasının baş katibi Filipp Martinez deyib.

Şəhərlər üzrə olan məlumatda bildirilir ki, paytaxt Parisdə küçələrə, təxminən, 65 min nəfər çıxıb. Tuluzadakı aksiyalarda 33 min, Marseldə 25 min, Bordoda 20 min, Nantda 19 min, Klermon-Ferranda 15 min, Lill, Ruan, Qrenoblda 12-13 min, Tur, Renn, Brest, Sent-Etyen, Bayonn və Poda azı 10 min, Strasburq, Perpinyan, Limoj, Sent-Nazer və Kanda 9 min nəfər qatılıb.

Nəticədə dünən iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü "dayanmalar" olub, nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Qeyd etmək lazımdır ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb.

pia.az


Etiket: Fransa aksiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar