Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faiq Qarayev yenidən millinin baş məşqçisi vəzifəsinə qayıdıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib

Yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.

6 ay öncə Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb. Azərbaycan Voleybol Federasiyasında I vitse-prezident vəzifəsini daşıyan Faiq Qarayev yarım il boş qalan posta dönməklə millini növbəti uğurlara daşımağa çalışacaq.

Artıq onun adı Qızıl Avropa Liqasında iştirak üçün göndərilən sifariş ərizəsinə də daxil edilib. Təcrübəli Qarayevə köhnə komandası – Famil Ağayevlə Emin Əbilov köməklik edəcəklər.

Məşqçilər korpusunun müəyyənləşdirdiyi ərizədə 24 oyunçu yer alıb. Bunlar Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvilidir.

Millinin heyətində Nurhan Kazımova debütantdır. 18 yaşlı hücumçu bunadək aşağı yaş qrupları üzrə yığmamızda forma geyinib.

Qeyd edək ki, Qızıl Avropa Liqasında yığmamız C qrupunda Finlandiya, İspaniya və Belarusla mübarizə aparacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar