Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evinizdə məktəbli var... - II Yazı

Bir dəfə kitabların birində qiymətlə bağlı bir cümlə oxudum. Və o cümlənin uşaqlar üzərindəki təsirini gördüm. Möhtəşəm idi...

Lalə Məhərrəmli yazır....

Qiymət

I yazı bu linkdə

Bu dəfə qiymət barəsində yazacam. Çünki valideynləri və uşaqları ən çox narahat edən məqamlardan biri, bəlkə də birincisidir.

Adətən valideynlər qiyməti uşağa hansı şəkildə təqdim etdək lazım olduğunu bilmirlər və bu vəziyyətdən çox əziyyət çəkirlər.

Qymətlə bağlı iki yanaşma tərzi var.

1ci qrup valideynlər qiymətə önəm vermədiklərini deyir, bunun lazımsız olduğunu düşünür və uşaq gərginlik yaşamasın deyə ona da bu şəkildə öyrədirlər. “Qiyməti vecinə alma, bu çox da önəmli deyil”, deyirlər.

Bu məqamda bəzi problemlər çıxır ortaya. Uşaq artıq dərslərinə məsuliyyətsiz yanaşmağa başlayır və bəzi məsələləri də ciddi qəbul etmir. Aldığı qiymətin nə olması onu maraqlandırmadığı üçün, dərsə hazırlıq səviyyəsini də çox düşünmür.

2ci qrup valideynləri qiymət çox maraqlandırır. Hətta həddindən artıq çox. O qədər önəmsəyirlər ki qiyməti, bu onların uşaqlarla aralarındakı münasibətə də təsir edir. Hər dərsdən gələndə uşağa verilən ilk sual bu olur: “Bugün neçə almısan?”. Aşağı qiymət eşidəndə həngamə qopur, təhqir başlayır, ya da ən yaxşı halda üz turşudulur və gün ərzində uşağa münasibət dəyişir.

Bu məqamda da başqa problemlər ortaya çıxır.

Uşaq emosianal olaraq bu vəziyyətdən əziyyət çəkir. Aşağı qiymət alanda qorxu keçirir, həvəsdən düşür. Evdə gördüyü münasibətin dərslərinə yox, şəxsiyyətinə aid olduğunu zənn edir. Özünü dəyərsiz hiss etməyə, bacarıqsız olduğuna inanmağa başlayır.

Bəs nə etməli??? Nə deməli??? Uşağa “Qiymət” necə tanıtmalı?

Bir dəfə kitabların birində qiymətlə bağlı bir cümlə oxudum. Və o cümlənin uşaqlar üzərindəki təsirini gördüm. Möhtəşəm idi...

Hazır olun. Həmin sehirli cümlə gəlir...

“Mənim balam, qiymət sənin nə qədər çox və ya az savadlı olduğunu göstərmir, qiymət sənin nə qədər az və ya çox çalışdığını göstərir. Yəni əgər sən bugün bu dərsdən 3 almısansa, bu o demək deyil ki, sən zəifsən və savadın digər uşaqlardan azdır. Bu o deməkdir ki sən məhz bu dərsə, sadəcə bu dərsə az çalışmısan. Müəllim sənə 3 yazmaqla sən savadsızsan demir, əslində onunla sənə gizli bir mesaj verir. “Yəni sən çox ağıllı və bacarıqlısan. Bu 3-ü ona görə yazıram ki, daha yaxşı çalışıb bunu 5-ə necə çatdırdığını görmək istəyirəm””.

Bəli əziz valideynlər, cümlələrimizi doğru istiqamətdə dəyişməklə çox möhtəşəm dəyişikliklər yarada bilərik. Biz də şagird olmuşuq və eyni məsələlərdən əziyyət çəkmişik. Bu əziyyəti övladlarımız çəkməsin. Zəhmət çəksinlər, amma əziyyət yox. Bunları bir-birinə qarışdırmayaq. Qiymət söhbətləri ilə onları təhsildən soyutmayaq. Bəzən təəssüflər olsun ki uşaqlar öz dəyərlərini aldıqları qiymətlə ölçürlər. Bu qiymətin onların “övladlıq vəzifəsinə”nə verildiyini düşünürlər. Maraqlıdır, bəs görəsən onların əllərində belə bir imkan olsaydı bizim “valideynlik vəzifəmizə” neçə verərdilər???

Lalə MƏHƏRRƏMLİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Ən çox oxunanalar