Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

“Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb” ...

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib.

O qeyd edib ki, Nəsib həkimin çalışdığı “Birinci uşaq xəstəlikləri kafedrası” ilə heç bir problemi olmayıb.

“Xəbəri alanda kafedrada hamımız şok olduq. Əvvəlcə inanmaq istəmədik, yalan olduğunu düşündük. Çünki çox hörmət etdiyimiz, mehriban bir insan idi. Kafedra müdirimiz Rauf müəllimlə də dostdurlar.

Qohumlarının iddia etdiyi “yeni rəhbərlikdən inciməsi” məsələsinə gəlincə, qeyd edim ki, bizim kafedrada heç bir yeni rəhbər təyinatı olmayıb.

Nəsib həkim K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) işləyirdi və yeni rəhbər təyinatı orada olub”.

Nəsib həkimin hazırkı iş yeri K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (OMD) ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsək də, sorğumuz cavabsız qaldı.

***

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib.

Hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib.

Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib:

“Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”.

Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.

Ətraflı Baku TV-nin süjetində:

***

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də  yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin başvermə şəraiti, səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

İntihar etmiş sabiq baş pediatr,  Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb.

Məktub istintaq orqanı tərəfindən götürülüb.

***

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb:

“1951-ci il təvəllüdlü Nəsib Cəfər oğlu Quliyevin aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar