Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evinizdə məktəbli var?..

Ən çox bu mövzuda paylaşım etməyimi istəyən valideynlər, gecikməyə görə üzrlü bilin. Bu mövzu geniş olduğu üçün hissə-hissə yazacam. Faydalı olacağına ümid edirəm...

Lalə Məhərrəmli yazır...

I yazı

Mövzunu bu il məktəbli olacaq, 1-cilər sırasına qoşulacaq uşaqlardan başlamaq istədim.

Əziz valideyn, əvvəla unutmaq olmaz ki övladımız məktəbə gedəndə biz nə qədər həyəcanlanırıqsa uşaq bizdən daha çox həyəcanlanır. Bu onun üçün yeni dünya deməkdir. Yeni dostlar, yeni gün rejimi, yeni davranış qaydaları və s. Birdən- birə buqədər dəyişiklik təbii ki, onun üçün çox çətindir. Bu dönəmi onun üçün asanlaşdırıb məktəbi ona sevdirmək sizin əlinizdədir. Unutmaq olmaz ki, uşaq məktəbini, müəllimini sevərsə təhsilə marağı da bir o qədər çox olar. Bəs ona necə kömək etməli?

Paylaşacağım proseslərə ciddi yanaşsanız sevinərəm. Bəzən bunlar lazımsız kimi görünür amma şərtlərə tam uymağın uşağa və onun gələcək fəaliyyətlərinə çox böyük təsiri olur.

1. Etməli olduğunuz ən əsas iş uşağı məktəblər açılmamış azı 1 həftə əvvəl səhər oyanmağa öyrətməkdir. Çünki bu ən çətin proseslərdən biridir. Özünüz uşaqdan azı yarım saat əvvəl durub uşaq otağının pəncərəsini biraz aralayın. Təmiz hava rahat oyanmağa kömək edəcək. Sonra dərsə həvəsləndirərək maraqlı, əyləncəli sözlərlə uşağı oyadın. Səhər yeməyi uşaq oyandıqdan azı yarım saat sonra yeyilməlidir. Çünki uşağın yuxudan duran kimi iştahı olmur və onu məcbur etmək olmaz. Yatmamışdan əvvəl mütləq uşağa qısa da olsa nağıl danışın. Kürəyini sığallayın. Ona öz sakitliyinizi ötürün. Hətta bərabər xəyal qurun.

2. Uşağa indidən məktəb haqqında danışıb onu həvəsləndirin. Hətta öz məktəb hekayələrinizdən danışıb, varsa şəkillərinizi göstərə bilərsiniz.

3. İndidən evin bir köşəsində ( varsa uşağın öz otağında) münasib yer ayırın və həmin yerin dərs masası olduğunu ona təlqin edin. Məktəblər açılmadan orada onunla bərabər şəkillər çəkə, kitab oxuya bilərsiniz. Dərs masasına öyrəşsin deyə gündə azı 15-20 dəqiqə onunla orada vaxt keçirin.

4. Qətiyyən uşağa "sən artıq böyümüsən, oyun bitdi, özünü uşaq kimi aparma" cümlələrini deməyin. Bu onu daha da təşvişə sala və təhsildən uzaqlaşdıra bilər. Tam əksinə " sənin həyatın artıq daha maraqlı olacaq, yeni bilgilər öyrənəcək, gözəl dostlar qazanacaqsan. Maraqlı dərslərlə artıq daha çox əylənəcəksən" deyə onu həvəsləndirin.

5. İlk dərs günü özünüz də həyəcanlı olacaqsınız. Buna görə də istəmədən də olsa uşağı geyim, yemək, hazırlanmaq prosesində acılamamağa diqqət edin. Sakit olun və onu təbrik etməyi unutmayın.

6. Əgər şərait buna imkan verirsə mütləq uşağı məktəbdən özünüz götürün. Gününün necə keçdiyini və sinif uşaqları haqqında soruşun. Əsla qiymət davası etməyin. Danışdıqlarını hörmətlə dinləyin. Unutmayın. Emosianal anlamda o indi çətinlik çəkir. Kənardan bu hiss olunmaya bilər amma bu belədir.

7. Məktəbə təzə başladığı dönəmlərdə uşaqlarda dəyişkən xarakter, yeni hərəkətlər müşahidə oluna bilər. Narahat olmayın. Onun indi beyni bir çox yeni informasiyayla doludur. Onunla xoş rəftar edin və gərginliyini götürmək üçün 15 dəqiqə də olsa bərabər bir məşğuliyyət edin.

8. Gələk ev tapşırıqlarına. Bu valideyn və uşaq arasındakı ən çətin prosesdir. Ən çox valideynlərin şikayət etdiyi və əsəbləşdiyi zamandır. Bu proses haqqında isə növbəti yazıda ətraflı yazacam.

Unutmayın. Uşaqlar bizi nümunə götürür. Hadisələr qarşısında necə reaksiya verməyi də bizdən öyrənirlər. Bacardıqca diqqətli olmalıyıq.

Bütün birincilərin " BİLİK GÜNÜNÜ" təbrik edirəm.

Lalə MƏHƏRRƏMLİ
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Yorğunluqdan necə xilas olmaq olar? -Günü sabah başlayın

"İtirməkdən ən çox qorxduğunuz vaxt olsun" -  Gənclərə...

Ən çox oxunanalar