Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN tikinti şirkətlərinə çağırış etdi

"Tikinti şirkətləri tərəfindən ekoloji ekspertiza rəyinə təqdim olunan layihələrin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq şəkildə icra olunmasını təklif edirik".

Bunu sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmə zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Tikintiyə başlamamışdan əvvəl tikinti şirkətləri tərəfindən ictimaiyyət görüləcək işlər barəsində, xüsusilə də yaşıllıqların vəziyyəti və gələcək yaşıllaşdırma tədbirləri haqqında məlumatlandırılsın, aparılacaq tikinti-abadlıq işlərinin mahiyyəti, cəmiyyət və insanlarımız üçün faydası, sosial əhəmiyyəti açıqlansın. Bu, həm bu sahədə şəffaflığın təmin olunmasına şərait yaradacaq, həm də tikinti şirkətlərinin yaşıllıqların qorunması və artırılması işində məsuliyyətini artırmış olacaq", - deyə o qeyd edib..

Onun sözlərinə görə, ağaclara, yaşıllıqlara tikinti şirkətləri tərəfindən zərər verilməsi halları var:

"Bu, nazirlik olaraq bizi olduqca narahat edir, ictimaiyyətin də haqlı narazılığı ilə qarşılanır.

Bütün bu ictimai dinləmələrin keçirilməsində məqsəd odur ki, bu narahatlıq və narazılıqlar aradan qalxsın.

Bir daha tikinti şirkətlərinə müraciət edirik ki, paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar