Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Müdafiə Nazirliyi Xocavənd istiqamətində məğlubiyyətin anonsunu verdi

Ermənistanın Müdafiə Nazirliyi Qarabağdakı döyüşlərin 35-ci günü ilə bağlı maraqlı açıqlama yayıb.

Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Nazirliyin sözçüsü Artsrun Ovannisyan deyib ki, Azərbaycan ordusu cəbhənin mərkəzi istiqamətindəki mövqelərini qismən yaxşılaşdırıb.  

O deyib ki, bu gün səhərdən Azərbaycan ordusu bütün cəbhə boyunca hücum əməliyyatlarını davam etdirib.

“Döyüşlərin intensivliyi çox böyük deyildi, ancaq düşmən aktiv şəkildə hücum edirdi”, deyən A.Ovannisyan bildirib ki, xüsusilə də mərkəzi istiqamətdən düşmən erməni mövqelərnə böyük piyada qüvvələri, zirehli texnika və artilleriya ilə hücum edib. Ermənistan MN rəsmisi etiraf edib ki, hücum əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri müəyyən mövqe dəyişiklikləri, uğurlar əldə etməyi bacarıb. Ovannisyan iddia edib ki, Azərbaycan ordusu Xocavəndi atəşə tutub.

O, hazırda döyüşlərin davam etdiyini, ancaq intensivliyin aşağı düşdüyünü də qeyd edib. Erməni sözçü həmçinin iddia edib ki, cənub və cənub-şərq istiqamətdən ermənilər üstünlük əldə ediblər.

Ermənistan təmsilçisinin bu açıqlaması Azərbaycan ordusunun növbəti böyük qələbəsinin anonsu da sayıla bilər. Adətən, düşmən ölkə erməni xalqında təşviş yaranmaması üçün Azərbaycan ordusunun uğurlarını ehtiyatlı şəkildə etiraf edir.

Azərbaycan tərəfdən rəsmi açıqlamanı gözləyək!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar