Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Gorus-Qafan yolunu İran yük maşınları üçün “müvəqqəti bağlayıb”. Bu haqda erməni KİV-ləri xəbər verir. Polis və xüsusi xidmət orqanı əməkdaşları İran TIR-larının sürücülərinə Azərbaycan ərazisindən keçməyən alternativ yolu təklif edirlər. Lakin həmin qrunt yol dardır və iri yük maşınları orada hərəkət edə bilmir.

Xəbər verildiyi kimi, Azərbaycan tərəfi bir neçə gündür Gorus-Qafan yolunda İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tələb edir. Yol iki hissədə Qubadlı rayonunun ərazisindən keçir, Azərbaycan həmin hissələrdə sərhədçilərini yerləşdirib, Eyvazlı kəndi yaxınlığında isə gücləndirilmiş polis postu qoyub. Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Gorus-Qafan yolunda İran yük maşınlarını yoxlamasına haqq qazandırıb, yolun Azərbaycan ərazisindən keçdiyini təsdiqləyib.

Erməni KİV-ləri yazırlar ki, Azərbaycan tərəfi iranlı sürücülərdən daşıdığı yüklərin xarakterindən asılı olaraq 100-300 dollar arası yol vergisi tələb edir. Gorusa tərəf gedən iranlı sürücülərdən çoxu pullarının olmadığını deyərək bu vergini verməyiblər. Amma onlara xəbərdarlıq ediblər: geri qayıdanda həm gediş, həm gəliş üçün yol vergisini ödəməli olacaqlar.

Sürücülər deyirlər ki, erməni polisi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onlara alternativ yolla getməyi təklif edirlər, amma TIR-lar çox böyükdür və belə dar yolla gedə bilmir. Bir çox sürücülər bu yolla getməyə cəhd edərkən qəzaya düşüblər.

“Sputnik Ermənistan” bildirir ki, Qafan tərəfdən gələn bir neçə yük maşınının sürücüsü Eyvazlı postunda 130 dollar ödədikdən sonra keçə bilib.

Digər məlumata görə, iranlı sürücülər Gorus-Qafan yolunun Ermənistandan keçən hissəsini (Eyvazlı yaxınlığında) bağlamağa hazırlaşırlar. Əmir adlı iranlı sürücü deyir ki, benzin tankerinə görə ondan 360 dollar vergi (təhlükəli yük kateqoriyası) tələb edirlər, amma bu məbləği verməyə imkanı yoxdur. Yolun həmin hissəsində hazırda onlarla TIR və yanacaq tankeri cəmləşib. Gorus-Qafan yolu ilə İrandan Ermənistana və geriyə yükdaşımalar iflic olub.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar