Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən ucuz və çox faydalı kosmetik vasitə - Diş məcunu

Diş məcunu tək dişlərin sağlamlığı və gözəlliyi üçün deyil, üz dərisi üçün də istifadə oluna bilər...

Diş məcunu dəriyə çox yaxşı antiseptik, ağardıcı və quruducu təsir edir, sızanaqları və civzələri yox edir, dərini tonuslaşdırır.

PİA.az saglamolun.az-a istinadən bildirir ki, kosmetik məqsədlərlə yalnız ağ rəngdə olan adi məcundan istifadə olunur.

Sızanaqlardan qurtulmaq üçün məcunu sızanaqların üzərində nöqtə şəklində çəkin və 30 dəqiqədən sonra yuyun. Bunu gündə bir neçə dəfə edin. Sızanaqlar ağarır, quruyur və daha tez yox olur.

Əgər üzünüzün böyük hissəsində səpgilər və sızanaqlar varsa, daha güclü vasitə hazırlayın. 1 həb aspirini əzin, bir az su əlavə edib qarışdırın, diş məcunu əlavə edin, yenə qarışdırın, dəriyə çəkin, 15 dəqiqə saxlayın və sonra yuyun.

Dərini ağartmaq məqsədi ilə məcunu limon şirəsi ilə qarışdırın (sıyıq kimi alınmalıdır), dəriyə çəkin, 15 dəqiqədən sonra yuyun.

Dəri üçün ekspress-maska resepti

Dərinizə qalın qatla diş məcunu çəkin, 5 dəqiqə saxlayın, sonra yuyun. Bu sadə maska dərini çox yaxşı tonuslaşdırır və ağardır.

Diqqət!

Diş məcunundan kosmetik vasitə kimi istifadə etdikdən əvvəl onu dərinizin kiçik bir hissəsinə çəkin. Dəridə gözəçarpan qızartı, qaşınma əmələ gəlibsə, bu allergiyaya işarə edir. Bu halda məcunu istifadə etməyin.

Həmçinin diş məcunu kosmetik vasitə olmadığına görə ondan sui-istifadə etməyin. Diş məcunu ilə maskaları həftədə 1-2 dəfə etmək kifayətdir.

pia.az


Etiket: diş məcunu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar