Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən böyük problemləri inandırıcı olmamalarıdır” - ReAl partiyasının funsioneri hakimiyyəti qınadı..

“Köhnə sistem işləmir, yeni sistem isə hələ qurula bilmir, deməli yeni ictimai sazişə əsas yaranıb”.

PİA.az xəbər verir ki, bu sözləri ReAl partiyasının isra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə yazıb. Siyasətçi hesab edir ki, hakimiyyətin söylədikləri ilə elədikləri üst-üstə düşmür:

Prezident və onun komandası anlamalıdırlar ki, ən böyük problemləri inandırıcı olmamaları, hekayələrinin tutmamasıdır. Bir tərəfdən bəyan edirlər ki, ölkədə siyasi yumşalma olmalıdı – digər tərəfdən AXCP üzvlərini həbs edirlər, bir tərəfdən deyirlər ki, Qarabağ bizim üçün əsas məsələdir – digər tərəfdən Qarabağ Qazisi Tofiq Yaqublunu biabırçı şəkildə iş tikirlər, bir tərəfdən deyirlər ki, iqtisadiyyat liberallaşmalı, dövlətin iqtisadiyyatda rolu, büdcənin yükü azalmalıdır – digər tərəfdən gömrük qaydalarını absurdcasına sərtləşdirilir, taksi xidmətində dövlətləşməyə cəhdlər olur, dövlət iqtisadiyyatda hegamonluğunu artırmaq çün yeni monstr təşkilat - İnvestisiya Holdinqi yaradılır.

Əsas məsələ inandırıcılığın olmamasıdır, siyasi və iqisadi sistemə toplumun inansızlığının pik nöqtəyə çatması böyük fəlakətlərə yol aça bilər. Tarix həmişə sübut edir ki, belə situasiyalarda mütləq yeni ictimai sazişə ehtiyac yaranır – bu məqamı vaxtında tutan millətlər sonra böyük sürətlə inkişafa qədəm qoyurlar, məqamı buraxanlar isə xaosa, ya da 1917-cu ildə dünyay bəla olan bolşevizmlə üzləşib onillərlə tarixin məntiqi inkişafına mane olurlar.

Bizdə indi əsl məqamdı – köhnə sistem işləmir, yeni sistem isə hələ qurula bilmir, deməli yeni ictimai sazişə əsas yaranıb. Belə...”.

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar