Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb

Dəyişikliklərə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 9.9-9-cu bənd əlavə edilir:

"9.9-9. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində dövlət nəzarətini həyata keçirmək;".

10.75-ci bənd aşağıdakı redaksiyada verilir:

"10.75. Kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin, ərazi planlaşdırma sənədlərinin, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələrin strateji ekoloji qiymətləndirmə sənədlərinin və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə bağlı layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədlərinin dövlət ekoloji ekspertizasını keçirir və həmin sənədlərə dair ekspertiza rəyi verir;".

Bundan başqa, aşağıdakı məzmunda 10.75-1-ci - 10.75-3-cü bəndlər əlavə edilir:

"10.75-1. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərə ixtisas attestatı verir, attestatın qüvvədəolma müddətini dayandırır və ya onu ləğv edir;

10.75-2. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin aparılmasını təmin edir, onların fəaliyyətinə nəzarəti həyata keçirir;

10.75-3. ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) və strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədlərinə dair ekspertiza rəyinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə qiymətləndiricilər və ƏMTQ üzrə təşkilat barədə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;".(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ən çox oxunanalar