Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çeçenistan hökumətindən Azərbaycana dəstək

Çeçenistan Respublikasının Səhiyyə naziri Elxan Süleymanov işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan savaşla bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.

Çeçenistan hökumətinin üzvü öz “İnstaqram” səhifəsində ölkəmizin haqq işini dəstəkləyən post yazıb.

“Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan!” cümlələrini yazan nazirin postunu bəziləri istisna olmaqla əksər Çeçenistan və Rusiya sakinləri bəyənib. Bir sıra çeçenlər öz şərhlərində 1990-cı illərdə Çeçenistanda Rusiya ilə ağır müharibə illərində Azərbaycanın, Bakının çeçen qaçqınlara necə qayğı ilə qucaq açmasından bəhs edib.

“Doğulduğum və böyüdüyüm, uşaqlığımı və gəncliyimi keçdiyim Azərbaycan! Sayəsində mənim mən olduğum ölkə (axı insanın mahiyyətini məhz tərbiyə və təhsil müəyyənləşdirir) çətin anları yaşayır. Münaqişənin əvvəlindən ailəmlə birlikdə ölkə sakinlərinin torpaq itkisinə, doğma ocaqlarını bir anda itirən yüz minlərlə qaçqının əzab-əziyyətlərinə acıdıq. Bu, ümumi ağrımızdır və indi də belədir. Və bu gün məmləkətimə və ölkəmə dəstək sözlərimi ifadə etmək istəyirəm! Ədalət qalib gələcək! Çiçəklən, Azərbaycan !!! " – Çeçenistan naziri belə yazıb.

Xatırladaq ki, Elxan Süleymanov azərbaycanlıdır.

Qısa arayış: Elxan Abdulla oğlu Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəndir. ATU-nu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini bitirdikdən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Sonra işini Moskvada davam etdirib. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun dəvəti ilə Çeçenistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləməyə başlayıb. 28 aprel 2016-cı il tarixində Çeçenistan Respublikasının səhiyyə naziri təyin edilib. (Moderator.az)

pia.az


Etiket: Çeçenistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar