Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gənclər əsgərliyə aparılmır - Rəsmi açıqlama

Çəkisi normadan artıq və az olanlar da hərbi xidmətə yararsız hesab edilirlər...

Azərbaycan Respublikasının 18 yaşına çatmış vətəndaşları hansı çəkidə olduqları zaman əsgərliyə aparılır?


PİA.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Füzuli İsmayılov "Lent.az"a açıqlamasında vətəndaşı hərbi xidmətə yararsız edən çəki dərəcələrindən danışıb:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olmayan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olan çağırışçılar hərbi xidmətə yararsız hesab edilirlər. Bununla yanaşı qeyd edirik ki, məsələn qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 188 sm, bədən çəkisi – 130 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər”.

Xidmət rəsmisinin verdiyi məlumata əsasən, həm bədən inkişafı çox zəif olan, həm də piylənmədən əziyyət çəkən şəxslər hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər müalicə əsasında vətəndaşın problemi aradan qalxmazsa o, tam yararsız hesab edilir. Ancaq həmin şəxs müharibə və səfərbərlik dövründə məhdud yararlı olmaqla qeydiyyata alınır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar