Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilderberq klubunun Böyük Masası – Dünən keçirilən toplantıda nələr olub?..

ABŞ bilir ki, öz gələcəyini daxilindəki toqquşma ilə həll etməlidir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 30 may 2019-cu il

Sosial şəbəkələrdə və mediada hər kəsin dilində olan mövzu İstanbul seçkiləridir. Təbii haldır. Seçkilərin yenidən keçirilməsi qərarı, yəqin ki, səsvermə həyəcanını daha da artırıb.

Namizədlər çıxıb danışır, hədəflərini və İstanbulu necə görmək istədiklərini izah edirlər.

Bunlar, əlbəttə ki, çox önəmlidir. Lakin bunlardan daha önəmli görüşlər baş tutacaq. Hansı ki, bu görüşlər həm Türkiyədəki, həm də bütünlüklə regiondakı balansı dəyişdirə bilər. Mənə maraqlı gələn hissə də budur...

Günlərdir Aralıq dənizindən, Kiprdən, Şimali Afrikadan, YPG-dən, Şərqi Aralıq dənizindən, Avrasiyadan və Çindən yazıram.

Buralar yeni balansın qurulacağı yerlərdir. Əlbəttə ki, buralarla bağlı danışmaq lazımdır. Bəs nə baş verəcək? Baxın məhz bu sualın hələ ki, konkret cavabı yoxdur.

Sanki, görünməz bir yerdə bütün gücü əlində saxlayanlar var və barmaqlarını tətiyin üstündə tutaraq gözləyirlər. Məncə, bu məsələ bir müddət sonra ortaya çıxacaq.

Tərəflər ya konkret bir addım atıb mübarizə aparacaqlar, ya da ki, sülhü əsas götürərək balansı quracaqlar... Təbii ki, biz də İstanbul seçkiləri ilə məşğul olarkən, səsvermə nəticələri ilə maraqlanarkən? ya böyük bir müharibə başlayacaq, ya da ki, içində bizim də olduğumuz bir problem öz həllini tapacaq...

Bilderberq klubunun iclasları hər zaman önəmli olub. Lakin bu dəfə daha önəmli bir iclasa qapılarını açacaq.

Nə vaxt və nə zaman? 30 may - 2 iyun 2019-cu il tarixlərində İsveçrədəki “Montreux Palace” hotelində baş tutacaq görüşdə ABŞ-ın qara qutusu Henri Kissencer, Donald Trampın mentoru olan kürəkəni Cared Kaşner, ABŞ Xarici İşlər Naziri Maykl Pompeo, MKİ direktoru Haspelin 2 köməkçisi, NATO Baş Katibi Yens Stoltenberq və Kraliça II Elizabetin ailə üzvü kimi olan İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karney iştirak edəcək.

İclasın 2 əsas mövzusu var: Çin və İran.

Məlum məsələdir ki, Henri Kissencer və Cared Kuşner Çinə qarşı aparılan əməliyyatların azalmasını müdafiə edəcək. Həmçinin, Mark Karney və NATO Baş Katibi Yens Stoltenberq də Çinə qarşı əməliyyatların azaldılmasını istəyir. Lakin Maykl Pompeo və MKİ rəhbəri Haspelin köməkçiləri Çinə qarşı aparılan ticarət müharibəsinin daha da şiddətlənməsini istəyəcəklər. Xüsusilə də, İpək Yolunun Amerika imperatorluğunun çöküşünü hazırladığını düşünən Pompeoun bir çox sənədlə iclasda olacağı gözlənilir.

ABŞ, həmçinin, bilir ki, öz gələcəyini daxilindəki toqquşma ilə həll etməlidir...

Buralarda çox səsləndirilməsə də, Pompeonun Kuşnerdən xoşu gəlmir. Bunu onun üzünə də deyib. Daha əvvəl Stiv Bennon da bunu demişdi. Hətta onların qrupları Ağ Evin koridorunda əlbəyaxa olublar. Kuşneri sevənlər də var, sevməyənlər də. Lakin toqquşma heç bu qədər sərt olmamışdı.

Amerikanın maraqları üçün çalışmadığını və buna görə dövlətin bütün səlahiyyətli şəxslərinin narahat olduğunu da Kuşnerin üzünə deyən Pompeonun bu iclas üçün bircə şərti vardı: Kaşner gəlməsin.

Hətta Kuşner iştirak edərsə, çoxlu işləri olduğunu bəhanə edərək iştirak etməyəcəyini də bildirib.

Qərarı qəti idi. Lakin araya bir nəfər girərək onu razı sala bilib. Pompeonu razı salan şəxs Devid Petreyes olub. MKİ-nin sabiq direktoru Petreyesin araya girməsi ilə Pompeo iclasda iştirak etməyi qəbul edib.

Masanın hər iki tərəfi də ilk dəfə bu qədər dəqiq şəkildə üz-üzə gələcək. İclasın keçirildiyi otaq çox xüsusi hazırlanıb. Otaqda heç bir dinləmə olmayacaq. İştirakçıların heç biri iclasa elektron cihazla girə bilməyəcək. İclasda yemək və içki belə təqdim olunmayacaq. Yəni ki, təhlükəsizlik ən yüksək səviyyədə təşkil olunub. Orada son dönəmin ən önəmli masası qurulacaq.

Bilderberq iclasları içində, bəlkə də, ilk dəfədir ki, paralel bir iclas keçirilir və çox həssas yanaşılır. Bu iclasın nəticəsi, sözsüz ki, dəyərli olacaq. ABŞ və Çin arasındakı gərginlik ya daha da artacaq, ya da ki, müəyyən qədər sabitləşəcək. Bu iclasa Çin Prezidenti Si Tsinpin də yaxın bir müşavirini göndərmək istəyib. Lakin Pompeo buna əngəl olub.

Əslində, Pompeo Kissencerə hörmət etsə də, Kaşnerin Çin üçün işlədiyini düşünür. Buna görə də, Si Tsinpinin müşavirini istəməyib.

İclasın nəticəsi İpək Yolundan başqa, təbii ki, Aralıq dənizinə, Orta Şərqə və Afrikaya da təsir edəcək. Bir çox jurnalist öz tələbləri ilə bu iclasın arxasındakı məlumatları öyrənmək üçün İsveçrəyə getməyə qərar veriblər. Çünki burada öyrənəcəkləri bircə önəmli məlumat belə onların karyerasına müsbət mənada təsir edəcək.

Bu, sirr deyil, amma o masadan kənara bir məlumat ötürülə bilərmi? Əmin deyiləm.

Amma masanın nəticələrini yay aylarında görəcəyik. Masada həm İran, həm də Çin üçün qərarlar qəbul ediləcək. Nəticələr bizə də təsir edəcək.

Çünki masadakı iki tərəfdən birinin qalib gəlməsi bizim də mövqeyimizə təsir edəcək...

Böyük balans Ankara ilə birlikdə böyük qüvvə tərəfindən qurulur. Əgər elə olmasa, gələcəkdə baş verəcək hadisələri heç kim təsəvvür edə bilməz. Baxıb görək...

Tərcümə PİA-az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar