Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyni ölmüş sevgilisi ilə evləndi

Tayvanda oğlan beyin ölümü keçirmiş sevgilisi ilə evlənib

Medicina.az xəbər verir ki, onun sevgilisi Vanq 22 avqustda qəzaya düşüb. O, motosikletlə gedərkən qadağan olunan dönüş edən avtomobil ilə toqquşub. 3 gün sonra həkimlər Vanqda beyin hüceyrələrinin öldüyünü müəyyən ediblər. Bundan sonra onun həyatı süni şəkildə yaşadılıb. Qadın uzun müddətdir sevgilisi olan Lin adlı oğlanla evlənməyi planlaşdırıb. Münasibətləri 11 il davam etsə də, Vanqın valideynlərinin etirazları səbəbindən onlar evlənə bilməyiblər.

Lin qəzadan bir müddət əvvəl onların razılığını alıb. O, sevgilisi üçün xəstəxana otağında təmtəraqlı toy təşkil edib. Bəy ağlaya-ağlaya qohumlarının gözü qarşısında fatada yatan gəlinin barmağına üzük taxıb. Bundan sonra qadını həyat təminatı aparatından ayırıblar. Vanqın daxili orqanları ürək, qaraciyər, gözün buynuz qişası, qan damarları və dərisi daxil olmaqla, 12 orqanı ehtiyacı olanlara bağışlanıb.

"Bu, digər insanları xilas etməyə imkan verib", - deyə qadının anası bildirib. - Beləliklə, o, yer üzündə qalacaq və uşaqların necə böyüdüyünü izləyə biləcək".

pia.az


Etiket: beyin ölümü

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar