Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzində qanunsuz parkinq - Çay evlərinə gələnlər tıxac yaradır - Video

Axşam saatlarında paytaxt Bakının müxtəlif ərazisində sürücülərin məsuliyyətsizliyi ucbatından sıxlıq yaşanır

Belə ərazilərdən biri də Xətai rayonu, Afiyəddin Cəlilov küçəsidir. Burada yerləşən müxtəlif çay evlərinə gələn vətəndaşlar avtomobillərini parkinqlərdə yox, yolun ortasındakı təhlükəsizlik adacığında və hərəkət hissəsində saxlayırlar. Bu isə müxtəlif hissələrə aparan yolları daraldır.

Demək olar ki, hər gün axşam saatlarında, hərəkətin pik olduğu vaxtda bu mənzərə yaşanır. Yaxınlıqda məşhur əyləncə mərkəzinin dayanacağı olsa da, bəzi sürücülər maşınlarını yolun ortasında saxlamağa üstünlük verirlər.

Sözügedən ərazidə avtomobillərin park edilməsinə icazə verən heç bir nişan yoxdur. Əksinə, parkinqi qadağan edən nişanlanma xətti var, amma üzərində maşınlar dayandığından onu axşam lentə almaq mümkün olmadı.

Avtomobillərin bir hissəsi təhlükəsizlik adacığının içərisində, bir qismi isə yolun ortasında saxlanıldığından Xətai metrosu, eləcə də mərəkəzə doğru aparan yol xeyli daralır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov etiraf edib ki, Afiyəddin Cəlilov küçəsində sözügedən ərazi də daxil olmaqla şəhərin müxtəlif hissələrində sürücülərin avtomobillərini qanunsuz park etmələri nəticəsində sıxlıq yaranır. Bölmə rəisi ərazidə araşdırma aparılacağını bildirib.

Vaqif Əsədov deyib ki, bu tipli məsələlərdə sürücülərin də üzərinə böyük məsuliyyət düşür. (xezerxeber.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar