Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana çəyirtkə sürüsü hücum etdi - Video

Son günlər Şabran rayonuna çəyirtkələr kütləvi şəkildə hücum edirlər. Bu həm fermerlərin, həm də digər sakinlərin ciddi narahatlığına səbəb olub...

Şabran rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrəddin Osmanov "Sputnik Azərbaycan”a bildirib ki, çəyirtkələr 25 gündən çoxdur, bölgəyə hücum çəkirlər. Onlara ən çox rayonun Hacıqaraqaşlı kəndi ərazisində rast gəlinir.

"20-25 gündür ki, çəyirtkələrin Ekologiya Nazirliyinin nəzdində olan torpaqlara hücum çəkdiyi müşahidə edilir. Çəyirtkələr həm dənizdən, həm də Qubanın Buduq kəndindən sürü şəklində hücum çəkirlər. Payızda və yaz aylarında dənizin qırağında qamışlıq yaranıb. Bu da onların gəlişinə təkan verib”, - deyən Osmanovun sözlərinə görə, yerli növ çəyirtkələr qırmızı-qəhvəyi rəngdədir və arıya bənzəyirlər. Onlar körpədirlər və o qədər də təhlükəli sayılmırlar. Amma onlara qarşı vaxtında tədbirlər görülməlidir.

"Avqustun sonunda yumurta qoyacaqlarından, onların qarşısını almağa çalışırıq ki, çoxalmasınlar. Xoşbəxtlikdən çəyirtkələr sahələrdə arpa biçini başa çatdıqdan sonra hücum çəkdilər, taxıl sahələrinə girə bilmədilər”, - deyən Aqrar İnkişaf Mərkəzinin direktoru ziyanvericilərə rayonun Xəlilli kəndinin aşağı hissəsində də rast gəlindiyini bildirib.

O əlavə edib ki, bu vəziyyəti nəzarətdə saxlamaq və həşəratların hücumunun qarşısını almaq üçün xüsusi aparatdan istifadə olunur. Hadisə yerinə digər rayonlardan müvafiq texnika cəlb olunub. Sabah sübh tezdən isə dərmanlama işləri həyata keçiriləcək.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar