Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qazını Bolqarıstana nəql edəcək kəmərin təməli qoyuldu

Bolqarıstan-Yunanıstan İnterkonnektorunun təməlqoyma mərasimi keçirilib

Bu gün Bolqarıstanın cənubunda, Kirkovo kəndi yaxınlığında Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (Interconnector Greece-Bulgaria-IGB) təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Bolqarıstanın Baş naziri Boyko Borisov və Yunanıstan Baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin I müavini Yaqub Eyyubov iştirak ediblər.

Mərasimdə çıxış edən Bolqarıstan Baş naziri qeyd edib ki, bu layihə təkcə iki ölkə üçün deyil, Qərbi Balkan ölkələri, bütövlükdə isə Avropa üçün strateji əhəmiyyətə malikdir.

Yunanıstan Baş naziri isə bildirib ki, IGB Balkan ölkələrini enerji habına çevirəcək.

“Report” xatırladır ki, IGB Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində hasil edilən və Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. İnterkonnektor Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq.

Bolqarıstan IGB vasitəsilə ildə 1 mlrd. kubmetr Azərbaycan qazı alacaq. Belə ki, Bolqarıstanın dövlət qaz şirkəti “Bulgargaz EAD” “Şahdəniz” yatağının II fazasının işlənməsi çərçivəsində ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının, təxminən 25-30%-ni qarşılayacaq. IGB-nin inşasınıın 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur. İnterkonnektorun ümumi investisiya dəyəri 220 mln. avrodur.

İnterkonnektorun uzunluğu 182 km təşkil edir, bunun 150 km-i Bolqarıstan ərazisinə düşür. İnterkonnektorun texniki gücü 3-5 mlrd. kubmetr nəzərdə tutulur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar