Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı ilə Birgə Bəyanatı imzalayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının Birgə Bəyanatı” imzalanıb.

Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub.

Daha sonra UNCTAD-ın baş katibi Mukisa Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.

Qonaqlara Baramanın yeni akselerasiya proqramına başlaması haqqında məlumat verilib. Bildirilib ki, proqramın qalibləri 12 həftə boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, onlara dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək göstəriləcək.

Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.

pia.az


Etiket: BMT bəyanat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar