Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana və oğlunu öldürən şəxsi ömürlük cəza gözləyir- Üçüncü qətlidir

Nabranda ana və oğlunu odlu silahla qətlə yetirən şəxsin məhkəməsi başlayıb. Onu ömürlük həbs cəzası gözləyir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla iki nəfəri öldürən 34 yaşlı Şabran sakini Nahid İslamovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məhkəmə araşdırması zamanı N.İslamovun daha əvvəl də adam öldürməyə görə məhkumluq həyatı yaşadığı məlum olub.

N.İslamov qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu və onun 57 yaşlı anası İstək Mahmudovanı güllələyərək qətlə yetirib. Nabran rayonunun Zeyvə kəndində baş verən hadisə qısqanclıq zəminində törədilib. 11 il əvvəl həyat yoldaşını öldürdüyü üçün həbs edilən Nahid onu qonşusu Məhəbbət Məmmədova qısqanırmış. Qətlin də bu səbəbdən törədildiyi bildirilir.

Qeyd edək ki, Nahid İslamov qətli törətdikdən sonra qaçaraq gizlənib. O, gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Nahid İslamov ilkin ifadəsində qətlə yetirdiyi Məhəbbət Məmmədovla əvvəlcədən ədavətinin olduğunu etiraf edib. Deyib ki, məhəllədə olan zaman Məhəbbət başqa uşaqlarla top oynayıb.

"Mən buna əsəbləşdim. Sonra gördüm ki, Məhəbbət dilinin altında danışır. Top mənim yanıma düşdü. Tüfənglə vurub partlatdım. Məhəbbət gəlib silahı əli ilə tutdu. Üç dəfə dedim ki, burax, amma buraxmadı. Mən də babat içmişdim. Gördüm ki, yox, əl çəkmir. Bir dəfə vurdum, ikincini də başından. Anası gələndə onu da vurdum",- deyə N.İslamov gülə-gülə ifadəsində bunları bildirib.

Qeyd edək ki, iki və daha artıq şəxsi xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham edilən N.İslamov ömürlük azadlıqdan məhrum edilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar