Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədova görə pozulan Azərbaycan-Avropa Şurası münasibətləri - Düzələcəkmi?


REAL-ın icraçı direktoru:“Yaxın həftələrdə Azərbaycanla Avropa Şurası arasında hansısa razılaşmanın olması ehtimalı çox yüksəkdir”


“Ümid edirəm ki, Azərbaycan höküməti dövlətin maraqlarını nəzərə alaraq, Avropa Şurası kimi çox ciddi bir qurumla bütün əlaqələri təhlükə altına atmadan İlqar Məmmədovun azad olunması ilə bağlı qərar verəcək”.

Bu sözləri REAL-ın icraçı direktoru Natiq Cəfərli AŞNK-nın İlqar Məmmədovla bağlı qərarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Avropa Şurası mətbuat xidmətinin yaydığı bəyanata görə, dünən axşam keçirilən iclasda Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən İlqar Məmmədovu azad etmədiyinə görə Azərbaycana dair “pozuntu prosedurunu” başlamaq qərarını verib.  Bununla da AŞNK-si İlqar Məmmədovun dərhal azad edilməsi barədə hökm çıxaran AİHM-ni Azərbaycanın bu hökmü icra edib-etməməsinə dair qərar çıxarmağa dəvət edib. Ötən həftə isə Azərbaycanın AİHM-ə daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya bildirib ki, AİHM-in hökmündə İlqar Məmmədovun “azadlığa buraxılması öz əksini tapmayıb” və o, Azərbaycan hökumətinin bu işlə bağlı "bütün zəruri tədbirləri" gördüyünü iddia edib. Maraqlıdır ki, bundan sonrakı mərhələdə Azərbaycanla Avropa Şurası arasında münasibətləri necə ehtimal etmək olar? Yeni il qabağı İlqar Məmmədovla bağlı Azərbaycanla Avropa Şurası arasında hər hansı bir anlaşmanın ola biləcəyini mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  REAL-ın icraçı direktoru Natiq Cəfərlinin fikirlərini öyrənib.

Image result for natiq cəfərli

Natiq Cəfərli: “Avropa Şurası kimi bir məkanla Azərbaycanın əlaqələrinin normal olması hökümətimizə, dövlətimizə, müxalifətə və xalqa çox lazımdır”.


Azərbaycan-Avropa Şurası münasibətlərinin normal səviyyədə qalmasının dövlət maraqları üçün çox vacib olduğunu bildirən Natiq Cəfərliyə görə, yaxın zamanlarda İlqar Məmmədovun azad olunacağı gözləniləndir:

“Əslində prosedur qaydalarına görə, bu, ilk dəfə tətbiq olunan bir prosedurdur. Buna görə də qərarların hansı zaman kəsiyində verilməsinə dair örnək də yoxdur. Ən azından hüquqi məntiq və işləmə qaydalarına görə, Avropa Şurası Nazirlər Komitəsi   Avropa İnsan Haqları Məhkəməsinə olan müraciətin cavabını gözləməlidir.  Avropa İnsan Haqları Məhkəməsi bu  müraciəti araşdırdıqdan sonra bir neçə ay ərzində cavabını verəcək və cavabdan asılı olaraq, Avropa Şurası Nazirlər Komitəsi növbəti qərarını elan edəcək. Ancaq hər bir halda araşdırma gedən müddətdə İlqar Məmmədov azad olunacaqsa, Avropa Şurası Nazirlər Komitəsinin qərarı dayandırılacaq. Hətta Avropa İnsan Haqları Məhkəməsinin bu işə baxmayacağı ilə də bağlı qərar çıxarıla bilər. 

Natiq Cəfərli: “Dövlət maraqları çırçivəsində də Azərbaycan höküməti Avropa Şurası ilə əlaqələrin kəsilməməsinə çalışmalıdır”.


Ümid edirik ki, İlqar Məmmədov azad olunacaq. Çünki haqsız yerə 5 ilə yaxın müddətdə həbsdə yatan insan mütləq azad edilməlidir. Eyni zamanda ümid edirəm ki, Azərbaycan höküməti dövlətin maraqlarını nəzərə alaraq, Avropa Şurası kimi çox ciddi bir qurumla bütün əlaqələri təhlükə altına atmadan İlqar Məmmədovun yaxın zamanlarda azad olunması ilə bağlı qərar verəcək. Bu qərar Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərin normallaşmasına da təsir göstərəcək. Çünki Avropa Şurası kimi bir məkanla Azərbaycanın əlaqələrinin normal olması hökümətimizə, dövlətimizə, müxalifətə və xalqa çox lazımdır. Avropa Şurası vacib platformadır. Əgər Azərbaycan bu platformadan kənarda qalsa, sabah Azərbaycana qarşı Dağlıq Qarabağ məsələsi  ilə bağlı Ermənistan tərəfi hansısa məsələ qaldırsa və bizim əleyhimizə hər hansısa bir qətnaməni müzakirəyə çıxarsa, Azərbaycan nümayəndə heyətinin orada olmaması müzakirələrdə uduzmağımıza səbəb ola bilər. Yəni, dövlət maraqları çırçivəsində də Azərbaycan höküməti Avropa Şurası ilə əlaqələrin kəsilməməsinə çalışmalıdır. Ümumən yaxın həftələrdə Azərbaycanla Avropa Şurası arasında hansısa razılaşmanın olması ehtimalı çox yüksəkdir. İlqar Məmmədov bu qərarı haqq edir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar