Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2017”nin bağlanışında iştirak edib

Avqustun 12-də Moskva şəhərində səfərdə olan müdafiə naziri Zakir Həsənov Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib

PİA.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.  
 
Rusiya müdafiə naziri Sergey Şoyqu və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan  “Dostluq Evi”nə gəliblər. Burada onlar Z. Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olub.  “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.   Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar