Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə tapılan cəsədi qardaşı tanıdı - Neftçidi


Martın 13-də Xəzər dənizində tapılan kişi cəsədinin kimə məxsus olması müəyyənləşdirilib


 Cəsəd 1971-ci il təvəllüdlü neftçi-maşinist Ramiz Abbasova məxsusdur.

PİA.AZ xəbər verir ki, bu barədə sputnik-ə neftçinin qohumları məlumat veriblər. Hələlik DNT analizləri hazır olmasa da, ilkin olaraq neftçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onu qardaşı tanıyıb. Xatırladaq ki, ötən il dekabrın 15-də səhər saat 5-də güclü qasırğa nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsi dənizə düşüb.

Estakada ilə birgə onun üstündəki yaşayış budkası da dənizə gömülüb. Hadisə zamanı budkada 10 neftçi olub. Maşinist Güloğlan Zülfüqarov, operatorlar Azay Zülfüqarov, Samir Əsədov və Cavid Bəhramov hələ də itkin düşmüş sayılırlar. İndiyə qədər altı nəfərin cəsədi tapılıb: operator İlham Qafarov (faciədən dərhal sonra), Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyev (fevralın 1-də), 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də), 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də), 1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də), 1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar