Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq yazıçısı Anara Prezidentin Fəxri diplomu təqdim edilib


Əbülfəs Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib


Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarın 80 yaşı tamam olub. 

"Report"un məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yazıçılar Birliyində “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu yubilyara təqdim edib.

Anarın şəxsiyyəti və yaradıcılığı haqqında söz açan Ə.Qarayev onu yubileyi münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzu edib. Xalq yazıçısının yaradıcılığından bəhs edən nazir onu həm nasir və dramaturq, həm də ictimai xadim kimi fenomen şəxsiyyət adlandırıb. Qeyd edib ki, Anar Azərbaycan ədəbiyyatının canlı tarixidir. Onun ədəbi və ictimai fəaliyyəti həmişə Azərbaycan dövlətçiliyinin, milliliyinin təbliğinə yönəlib. Buna görə də Xalq yazıçısının yubileyi nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd ediləcək.

Görüşdə bir sıra təkliflər irəli sürülüb. Ə.Qarayev yaxın zamanda Göyçayda ədəbiyyat günlərinin keçirilməsini təklif edib.

Xalq yazıçısı dövlət başçısının onu təltif etməsinə və yubileyi münasibətilə təbrik məktubu ünvanlanmasına görə dərin minnətdarlığını ifadə edib.

Mərasimdə nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibləri iştirak ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 13-də yazıçının Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı 80 illik yubileyi münasibətilə Anara təbrik məktubu da ünvanlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar