Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç Türkiyə vətəndaşı Azərbaycanı beynəlxalq məhkəməyə verib


Avropa İnsan Hüquqları Məhkəməsi 3 maraqlı iş üzrə kommunikasiyaya başlayıb. Hər üç işdə ərizəçilər Türkiyə vətəndaşlarıdır


Bu barədə vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, ərizəçilər 2012-ci ildə Gəncə Universitetində təhsil alıblar: “Bir gün dostlarıgildə qonaq olarkan namaz vaxtına təsadüf edir və onlar bir yerdə ibadət edirlər. Bu zaman polislər mənzilə hücum edib, hamısını tutub aparırlar. Təqribən 20 saat heç bir sənəd olmadan polisdə saxlanırlar. Tələbələr qanunsuz dini təbliğat adı ilə məhkəməyə aparılırlar. Məhkəmə tələbələrin hər birinə 2000 manat cərimə və ölkədən deportasiya olunmaqları barədə qərar qəbul edir. Tələbələr macal tapıb hüquqi yardım üçün yerli hüquq müdafiəçilərinə, sonuncular isə bizə müraciət edirlər. Birgə səylə apellyasiya şikayəti, vəsatətlər verildi. Deportasiya cəzası ləğv olundu, cərimə isə qüvvədə saxlanıldı. Bu şəxslər artıq təhsillərini yekunlaşdırıb vətənləriə geri qayıdıblar”, vəkil qeyd edir.

Mustafayev Avropa Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyanın bir sıra maddələrinin, o cümlədən vicdan azadlığının pozuntusu barədə şikayət etdiyini bildirib: “Avropa Məhkəməsi dini məzmunlu daha iki iş üzrə kommunikasiya başlayıb. Bu işlərdə ərzəçilər “Yeqovo Şahidləri” təriqətinin üzvləridir və onların hüquqlarını xarici vəkillər müdafiə edir”.

Kommunikasiyası başlamış daha bir iş xarici vətəndaşların Azərbaycanda məcburi əməyə cəlb olunmaqları barədədir. Bu işdə vəkil Müzəffər Baxışdır. (strateq.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar