Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜAK-ı Dövlət Dumasının spikeri ləğv etdirib - iddia


ÜAK-ın qeydiyyatının ləğvinin arxasındakı məkrli plan və bu qərarın mümkün təsirləri haqda: “Anti-Rusiya qüvvələr güclənəcək, qərbpərəstlər özlərinə geniş meydan qazanacaqlar”


Rusiya Federasiyası Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi ciddi etirazlara səbəb olub.

 Eyni zamanda bu qərarın Rusiya ilə Azərbaycan arasında münasibətlərə necə təsir edəcəyi, Azərbaycanın dövlət olaraq hansısa cavab addımları atıb-atmaması barədə müzakirələrə yol açıb. Müzakirələrdə belə suallar da meydana çıxıb ki, Azərbaycan necə davranmalıdır, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycanı təxribata çəkmək üçün hansısa dairələrin planı ola bilərmi?

Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, ÜAK-ın qeydiyyatının ləğvi məsələsindən çıxan mühüm nəticələr var. Şübhəsiz ki, bizim Rusiyadakı soydaşlarımızın aparacağı mübarizə ilk növbədə özlərinin hüquqlarını gerçəkləşdirmək uğrunda olmalıdır. Qətiyyən səfərbərliyi aradan qaldırmaq, parçalanmalara getmək, günahkar axtarmaq, kimlərinsə istəyi ilə bu təşkilatın fəaliyyətini sıfırlamaq olmaz: “Çünki verilən qərarlar avtomatik olaraq azərbaycanlıların konqresini ortadan götürmür, təşkilati fəaliyyətləri, insani münasibətləri aradan qaldırmır. Ancaq görünür ki, Rusiyanın elitasında uzun müddət, konkret desək, 2012-ci ildən bu yana sistemli şəkildə ÜAK-ı özlərinə təhlükə sayan dairələr var. Onlar hesab edirlər ki, azərbaycanlıların təşkilatlanması qorxuludur. İkincisi, AzərbaycanRusiya arasındakı hərbi əlaqələr də həmin dairələrin gözündə təhlükə mənbəyi kimi görünür. Yəni onlar düşünürlər ki, Qafqazda Azərbaycanın mühüm imkanlara malik olması Rusiyanın təsir dairəsindən çıxmaq səciyyəsi daşıyır. Azərbaycanın müstəqil enerji siyasəti yürütməsi, İtaliyaya qədər gedib çıxan əməkdaşlıq xətti də Rusiyanın həmin dairələri tərəfindən özlərinin iqtisadi maraqlarına zərbə kimi qəbul edilir. Belə olan təqdirdə, onlar Vladimir Putinin çevrəsində müxtəlif qruplaşmalar yaradaraq ölkənin rəhbərinə öz baxışlarına təqdim edirlər ki, azərbaycanlıları necə cəzalandırmaq lazımdır. Həmin qruplar son ay yarım ərzində Azərbaycandan edilən bütün müraciətlərin hamısını bir kənara atdılar ki, Putinə gedib çatmasın. Nəticədə ÜAK-ın qeydiyyatının ləğvinə nail oldular”.

Deputat qeyd etdi ki, bu addım şübhəsiz Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, hərbi əlaqələri zədələyəcək: “Şübhəsiz ki, iki ölkə arasında münasibətlər yalnız bir konqres üzərindən qurulmasa da, bu, çox önəmli bir məsələdir. ÜAK məsələsi münasibətləri aydınlaşdıran lakmus kağızıdır. Nədən azərbaycanlılardan bu qədər özlərini qoruyurlar və Rusiyanın Ali Məhkəməsi sanki Ermənistan Ali Məhkəməsi kimi davrandı?! Axı bizim soydaşlarımız orada anti-Rusiya mövqeyi seçərək Qərbin sanksiyalarını müdafiə edən və demokratiya mübarizəsi adı ilə Rusiyaya hansısa təhlükə, terror törətməyiblər. Düşünürəm ki, azərbaycanlılara qarşı addımlar Rusiyadakı bəlli bir qrupun işidir. Hazırda Rusiya Dumasının sədri olan Vyaçeslav Volodin 2012-ci ildən Azərbaycan əleyhinə və azərbaycanlıları pultla idarə etmək üçün belə bir mövqe seçib. Volodin böyük ambisiyalarla yaşayan adamdır, özünü gələcəkdə Putinin yerində təsəvvür edir. Hesab edirəm ki, azərbaycanlıların verilən qərara münasibəti emosional ovqatda olmayacaq. Bizi Rusiya əleyhinə səngərə itələyən dairələr var. Onlar istəyirlər ki, münasibətlər 1990-cı illərin durumuna qayıtsın. Buna, əlbəttə, yol verilməyəcək. Hazırkı Azərbaycan o dövrün Azərbaycanı deyil, bizim üçün alternativlər var”.



Z.Oruc vurğuladı ki, ÜAK-la bağlı məlum qərardan sonra anti-rusiyaçı qüvvələr güclənəcək, Qərbpərəstlər özlərinə geniş meydan qazanacaqlar və bu Rusiya üçün itkidir: “Bu bizim dövlətin yürütdüyü hansısa bir siyasət hesabına olmadı və olmayacaq. Bunu Rusiyadakı qeyd etdiyim dairələrin davranışları etdi. Belə bir vəziyyətdə qarşıdakı dönəmdə azərbaycanlılar daha çox səfərbər olmalıdır, öz hüquqlarını Rusiyada gerçəkləşdirməlidirlər. Rusiya ilə əlaqələri dayandırmaq, isterika içərisində qərbyönümlü kursa tamamilə keçid etmək kimi bir qədər siyasətin və diplomatiyanın xarakterinə uyğun olmayan davranışların tərəfində deyiləm. Azərbaycan ölçülü-biçili, soyuqqanlı davranış seçəcək. Hər bir halda unutmaq olmaz ki, rusların özünün bu gün dünya ilə bəlli problemləri var. Onlar problemi niyə artırdılar, hansı səbəbdən bunu etdikləri müəmmalı görünür. Sanki Rusiyanın düşmənləri onun elitasındakı ayrı-ayrı şəxslərdir. Əminəm ki, Vladimir Putin bu məsələ ilə bağlı Azərbaycan tərəfindən səslənən reaksiyaları dərindən ölçüb-biçəcək və bu məsələ ilə bağlı ən sonda ədalət öz təntənəsini tapacaq”.

Politoloq: “Avropa İttifaqı ilə qısa müddətdə strateji əməkdaşlıq sazişini imzalamalı, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıyıq”



Politoloq Qabil Hüseynli isə bildirdi ki, Rusiya Azərbaycan üçün başqa seçim yolu qoymadı: “Doğrudur, Azərbaycan Qoşulmayanlar Hərəkatına daxildir, amma seçim etmək, ölkəni onun maraqlarına uyğun istiqamətlərə yönləndirmək istənilən vaxt mümkündür və bu, onun öz suveren hüquqlarına daxildir. Avropa İttifaqı ilə qısa müddətdə strateji əməkdaşlıq sazişini imzalamalı, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmalıyıq. İlk növbədə Bakı, daha doğrusu, Xarici İşlər Nazirliyi Rusiya tərəfindən bunun səbəb və məqsədini sorğulamalı, məsələyə aydınlıq gətirməlidir. Hətta XİN bunu Rusiyanın Azərbaycandakı səfirliyi ilə müzakirə etməlidir. Bundan sonra artıq konkret addımlar atıla bilər. Azərbaycanda rus icmasına çox gözəl şərait yaradılıb, həmin icmanın rəhbəri hakim partiyanın deputatlığa namizəd siyahısında artıq neçə illərdir deputat seçilir, rus dilində məktəblər, məktəblərin əksəriyyətində rus dili bölmələri fəaliyyət göstərir. İndi belə çıxır ki, biz də siyasətimizdə dəyişiklik etməliyik. Rus dilinə məhdudiyyətlər qoyulsab Rusiya günahı özündə axtarmalıdır”.



Diasporla İş üzrə Dövlət Komitəsi isə ÜAK-ın qeydiyyatınıt ləğv edilməsi ilə əlaqədar bəyanat verib. “Yeni Müsavat”a daxil olan bəyanatda deyilir ki, ÜAK-ın qeydiyyatınıt ləğv evşdməsi bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qarşılanıb. Azərbaycanın müvafiq dövlət qurumlarının, ayrı-ayrı təşkilatların, habelə ÜAK rəhbərliyinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi bu ölkədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatlardan birinin ləğvi barədə iddianı təmin etmiş və bununla da ədalətsizliyə yol verib: “Dövlət Komitəsi Rusiyada və dünyanın digər ölkələrində yaşayan soydaşlarımızın çoxsaylı müraciətlərinə əsaslanaraq, bir daha bəyan edir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir. AzərbaycanRusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər. Azərbaycan ictimaiyyəti və diaspor nümayəndələrinin narahatlığını nəzərə alaraq, bir daha vurğulamağı vacib bilirik ki, ÜAK ətrafında bir neçə aydır davam edən proseslərin təhlili, müxtəlif mənbələrdən əldə olunmuş informasiyalar təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya strateji tərəfdaşlığını öz maraqlarına təhlükə kimi görən müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin dayandığı şübhəsini yaradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatının qeydiyyatının ləğvi Azərbaycan ictimaiyyətində bu ölkənin tərəfsizliyinə olan inama xələl gətirə bilər. Dövlət Komitəsi ictimaiyyət nümayəndələri, kütləvi informasiya vasitələri, habelə diaspor fəallarının etirazını anlayışla qarşılayır, indiki həssas məqamda qərarın məsuliyyətinin ayrı-ayrı şəxslərin, dövlət qurumlarının, habelə ÜAK rəhbərliyinin üzərinə qoyulmasının doğru olmadığını diqqətə çatdırmağı vacib hesab edir. ÜAK-ın bütün qurultayları, toplantıları Rusiyanın müvafiq dövlət qurumları ilə razılaşdırılmış şəkildə həyata keçirilib. ÜAK-ın rəhbərliyinə bütün seçkilərdə Rusiya ictimaiyyətinin, siyasi elitasının tanıdığı, qəbul etdiyi nüfuzlu şəxslərin namizədliyi irəli sürülüb. Buna görə də məhkəmənin qərarında göstərilən əsasların tam subyektiv və qeyri-adekvat olması barədə rəy bildirmək üçün ciddi əsaslar var”.

Dövlət Komitəsi diqqətə çatdırıb ki, məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, ÜAK Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq: “ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq”.


Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin isə bildirib ki, ÜAK-ın ləğvindən narahatdır: “Bizi konqresin ləğvi qərarı narahat edir. Bir ay vaxtımız var ki, verilmiş qərarı ləğv etdirək. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır”.



Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov isə APA-ya deyib ki, Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarı səhv addımdır. Bu qərarın mənfi nəticələri mütləq olacaq: “ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir. Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədir. Onlar hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də Rusiya bu addımı atmamalı idi. Məncə, Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun. ÜAK-a normal fəaliyyət göstərmək üçün şərait yaradılmalıdır. Qeydiyyatın ləğvi Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva-Bakı münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur. Əminəm ki, bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə öz böyük töhfələrini veriblər. Bu qərar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının ruhuna uyğun deyil və ikitərəfli münasibətlərə kölgə salır. Məncə, iki dövlətin başçıları arasında qarşılıqlı inamın və dostluq münasibətlərinin olması problemin konstruktiv həllinə kömək edə bilər”.

S. Markov Moskvanın bu istiqamətdə bundan sonra hansı addımları atacağını güman etməyin çətin olduğunu söyləyib: “Çünki siyasi proses qapalı şəkildə gedir. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar