Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb


Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın "böyük beşlik" ölkələrinin (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında mövcud heyətinə ən çox yatırım edən klubların siyahısını açıqlayıb


Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bu baxımdan liderlik "Mançester Siti"yə məxsusdu.
 
"Şəhərlilər" ixtiyarındakı oyunçuların transferlərinə ümumilikdə 878 milyon avro ödəniş edib. "Mançester Siti" bununla futbol tarixinin ən bahalı klubuna çevrilib. Premyer Liqaya liderlik edən komanda Pep Qvardiolanın gəlişindən sonra transferlərə 500 milyondan avrodan çox xərc çəkib.
 
98 klubun yer aldığı siyahıda ikinci yeri 805 milyonla PSJ tutur. İlk "üçlüy"ü isə Mançester şəhərinin digər təmsilçisi "Mançester Yunayted" (747 milyon) qapayır.
 
98 klubdan 42-si indiki oyunçularının transferlərinə 100 milyon avrodan çox pul xərcləyib. Heyətini ən ucuz oyunçularla quran klub "Trua"dı. Fransızlar hazırkı kollektiv üçün cəmi 2 milyon avro ödəyiblər.
 
Transferlərə ən çox pul sayan klublar Premyer Liqa təmsilçiləridi. İngilislərin 20 komandası orta hesabla 291 milyon avroluq oyunçular alıb. Növbəti yerləri müvafiq olaraq La Liqa (131 milyon), A seriyası (124 milyon), Bundesliqa (113 milyon) və Liqa 1 (97 milyon) tuturlar.
 
Heyətindəki oyunçuların transferlərinə ən çox pul xərcləyən klublar:
 
1. "Mançester Siti" (İngiltərə) - 878 milyon avro
 
2. PSJ (Fransa) - 805 milyon
 
3. "Mançester Yunayted" (İngiltərə) - 747 milyon
 
4. "Barselona" (İspaniya) - 725 milyon
 
5. "Çelsi" (İngiltərə) - 592 milyon
 
6. "Real" (İspaniya) - 497 milyon
 
7. "Liverpul" (İngiltərə) - 461 milyon
 
8. "Yuventus" (İtaliya) - 448 milyon
 
9. "Arsenal" (İngiltərə) - 403 milyon
 
10. "Everton" (İngiltərə) - 365 milyon
 
11. "Bavariya" (Almaniya) - 363 milyon
 
12. "Tottenhem" (İngiltərə) - 358 milyon
 
13. "Milan" (İtaliya) - 305 milyon
 
14. "Atletiko" (İspaniya) - 298 milyon
 
15. "Monako" (Fransa) - 286 milyon
 
16. "Borussiya" (Dortmund, Almaniya) - 268 milyon
 
17. "Roma" (İtaliya) - 262 milyon
 
18. "Sauthempton" (İngiltərə) - 229 milyon
 
19. "Kristal Pelas" (İngiltərə) - 225 milyon
 
20. "İnter" (İtaliya) - 217 milyon


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar