Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbələrin yataqxana problemi həll olunur


Gənclər Fondu aztəminatlı tələbələrin yataqxana xərclərini ödəyə bilər


Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. F.Cəfərov qeyd edib ki, 7 mart 2018-ci il tarixində Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi: "Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur".

O bildirib ki, Gənclər Fondunun qarşısında dayanan yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, onların məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir:

"Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar