Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksilərdə vahid tarif necə tətbiq olunacaq?


Mais Ağayev: “Bakı şəhərində taksi xidmətini paytaxtın ümumi inkişafına uyğunlaşdırmaq üçün komplekt tədbirlər nəzərdə tutmuşuq”


Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. 

Bunu “APA-Economics”ə müsahibəsində BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. V. Kərimov qeyd edib ki, qeyri-qanuni taksi fəaliyyətinə son qoyulacaq və heç bir sürücü istədiyi vaxt maşının damına “şahmat” qoyub, taksi fəaliyyəti göstərməyəcək.

Qeyd edək ki, paytaxt sakinləri taksi sürücülərinin qeyri-etik davranışları və digər bu kimi məsələlərlə bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlər yazırlar. Bu məsələ ictimaiyyətdə də dəfələrlə müzakirə edilib. Həmçinin Bakıda taksi fəaliyyətini nizama salmaq üçün daha öncələr də xeyli addımlar atılıb, lakin bu, müvəffəqiyyətlə tamamlanmayıb. Taksi sürücüləri bir neçə dəfə nəzərdə tutulan dəyişikliklərə etiraz aksiyalar keçiriblər və istəklərinə nail olmağı bacarıblar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirib ki, onlar kompleks şəkildə tədbirlər həyata keçirirlər:

“Taksi duracaqlarının müəyyənləşdirilməsi, mövcud olanların pasportlaşdırılması ilə bağlı fasiləsiz olaraq Bakı Nəqliyyat Agentliyində işlər davam etdirilir. Həftə boyu bizim əməkdaşlar şəhərdə müvafiq dövlət qurumlarının əməkdaşları ilə birlikdə araşdırmalar aparırlar. Hansı yerdə taksi duracağı üçün zərurət varsa, onlar müəyyənləşdirilir və dövlət qurumuna müraciət olunur. Vahid tarif planı ilə bağlı isə onu deyim ki, bu, bir çoxları tərəfindən yanlış anlaşılır. Bir çoxları düşünürlər ki, vahid taksi xidmətləri təyin olunarsa, o halda artıq taksilər arasında rəqabət olmayacaq. Xeyr, bu belə deyil. Bu gün vəziyyət belədir ki, sifarişli taksi xidməti göstərən əksər şirkətlər sərnişinləri münasib qiymətə aparsalar da onların göstərdiyi xidmətin səviyyəsi insanları qane etmir. Bunu da biz ”141" qaynar xəttinə və digər vasitələrlə agentliyə daxil olan şikayətlər əsasında deyirik. Yaxud da əksər hallarda müşahidə edilir ki, nəqliyyat vasitələri yararsız vəziyyətdə olur. Bundan başqa, tez-tez müşahidə olunur ki, sürücülər yolları belə tanımayıb, naviqasiya sistemindən istifadə edə bilmirlər. Bütün bunlardan isə sərnişinlər əziyyət çəkirlər. “A” nöqtəsindən “B” nöqtəsinə getmək üçün şəhərin ehtiyac olmayan yollarından istifadə edirlər. Bu kimi narazılıq doğuran məqamlar az deyil".

M. Ağayev bildirib ki, keyfiyyətdə rəqabət olarsa, sifarişli taksi xidməti göstərən şirkətlər də məcbur olacaqlar ki, peşəkar sürücüləri işə cəlb etsinlər:

“Eyni zamanda artıq onlar nəqliyyat vasitələrini də vaxtı-vaxtında yeniləyəcəklər ki, hər hansı bir problem yaranmasın. Bu gün biz Bakı şəhərində taksi xidmətini paytaxtın ümumi inkişafına uyğunlaşdırmaq üçün komplekt tədbirlər nəzərdə tutmuşuq. Müvafiq tələb və təkliflər hazırlanıb ki, bunlar həm taksi minik avtomobilləri, həm də sürücülərlə bağlıdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər bu tələblər yerinə yetirilərsə, əhaliyə göstərilən taksi xidməti ən müasir səviyyəyə çatdırılacaq”.

Nəqliyyat üzrə ekspert İlqar Hüseynli isə “Yeni Müsavat”a bildirib ki, vahid tarif planının tədbir edilməsi bir çox ölkələrdə mövcuddur: “Dünyanın hər yerində mövcud olan taksi xidməti ilə bağlı yanaşma var. Yəni şəhərdaxili yollarda vahid tariflər tətbiq olunur. Ancaq burada bir şey var ki, öncədən taksiyə əyləşən kimi xidmət haqqı, daha sonra isə gedilən yola görə məbləğ hesablanır. Bunun özü də normal haldır. İnkişaf etmiş ölkələrdə bu sistem var. Lakin Azərbaycanda məsələnin müzakirəsində bir şeyə də diqqət etmək lazımdır ki, bir çox insanlar məhz taksi fəaliyyəti göstərərək ailələrini saxlayırlar. Onları da işlərindən məhrum etmək olmaz. Ölkə əhalisinin xeyli hissəsi işsizlikdən əziyyət çəkir. Həmin insanlar fərdi taksi fəaliyyəti ilə məşğul olurlarsa, onları da sistemə cəlb etmək lazımdır. Yəni yaxşı olar ki, onlar bu işdən kənarda qalmasınlar. Bu gün yaxşı haldır ki, mərkəzləşmiş taksi fəaliyyəti var. Müəyyənləşmiş nömrəni yığırıq və taksi gəlib olduğun yerdən səni mənzilbaşına qədər aparır. Fərdi taksilərin də mərkəzləşmiş sistemə qatılmaları üçün şərait yaradılmalıdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar