Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tağı Əhmədovun 3 milyonu və... məsuliyyət məsələsi


Fazil Mustafa: “Əgər bu pullar qanunsuz yollarla əldə edilibsə, müəyyən dəlilləri olmalıdır və belə olarsa, hüquqi ölçülər götürülə bilər”.


Fariz Namazlı: “Əgər ayrıca icraat başlasa və pulun qanunsuz yolla əldə edildiyi  müəyyən olunsa, bu halda Tağı  Əhmədov məsuliyyətə cəlb edilə bilər”.

Bu günlərdə Baş prokurorluqda MTN-in keçmiş idarə rəisi, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının ən qorxunc simalarından biri olan general Akif Çovdarovla onun əməllərindən zərər çəkən məmurlar arasında üzləşdirmə keçirilib. Ən maraqlı epizodlardan biri Çovdarovun haqqında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayəti olub. Dünən keçirilən məhkəmə prossesində ifadə verən T.Əhmədov A.Çovdarovun cinayətkar əməllərindən şikayət edərək bildirib ki, təhdidlər və təzyiqlər qarşısında ona 3 milyon manat verməyə məcbur olub. 

Sabiq “Metropoliten” rəhbərinin Sabunçu Rayon Məhkəməsində “MTN işi”  ilə bağlı verdiyi ifadədə ən çox diqqət cəlb edən isə, “3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”, cümləsi olub. Vəzifədə olduğu müddədtdə maraqlı və rəngli qalmaqalları ilə mətbuatın diqqət mərkəzində olan Tağı Əhmədovun bu qədər sakitcə mənbəyi bilinməyən pulunu Akif Çovdarovdan geri istəməsi təbii olaraq cəmiyyətdə geniş rezonans doğurub. Bir çoxları təbii olaraq suallar verirlər: Bizneslə məşğul olmağı qanunla qadağan olunan keçmiş məmurun məmur işlədiyi dövrdə 3 milyon rüşvət verməsi və bu rüşvəti də rahatca elan edib bu şəkildə bəyanat eləməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, Tağı Əhmədovun bu tipli bəyanatını məmurların qanunlara və ictimai rəyə hansı spektrdən yanaşmasının göstəricisi kimi qəbul etmək olarmı? Mənbəyi məlum olmayan 3 milyon manat rüşvət verib, sonra da bu rüşvəti geri tələb edən Tağı Əhmədovun məsuliyyətə cəlb olunmamasını normal hal kimi qəbul etmək olar? Əslində bu mövzu bağlı ortaya çıxansuallar çoxdur və bu suallar heç də tək Tağı Əhmədova aid deyil. 

Təbii ki, hüquqi dövlət olaraq Azərbaycan hüququ və qanunları bu sualların cavabını verməli və hüquqdan kənar imtiyazlar da ortadan qaldırılmalıdır. Bu baş vermədikcə, bizim cəmiyyətdə Akif Çovdarovların da, Tağı Əhmədovların da mövcud olması təbiidir və bu gün Tağı Əhmədov məhkəmədə mənbəyi məlum olmayan pulunu geri tələb edə bilirsə, o zaman Akif Çovdarovun üzərində məhkəmə prossesi aparmağın da, heç bir əhəmiyyəti yoxdur.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın, Vəkillər Kollegiyasının üzvü, vəkil Fariz Namazlının, həmçinin Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin fikirlərini öyrənib.

Картинки по запросу fazil mustafa

Fazil Mustafa: “İndiki vəziyyətdə Tağı Əhmədovun gəlir dekarasiyası verilmədiyinə görə, hansı açıqlamasından istifadə edərək hüquqi təhqiqat ortaya qoymaq çətindir”.


Tağı Əhmədovun əldə etdiyi 3 milyon manatın qanunsuz yollarla mənimsəməsi məlum olarsa, bu vəziyyətin ciddi hüquqi problemə səbəb olacağını bildirən deputat Fazil Mustafa hesab edir ki, indiki halda konkstekdən çıxarılan bir açıqlamaya görə hüquqi müstəvi baxımından qərar vermək düz deyil:

“2006-ci ildə Cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetinə tapşırılıb ki, gəlir dekarasiyasının  forması hazırlanıb, təqdim olunsun. Hələlik bu forma təqdim olunmayıb. Ona görə də bu məsələ açıq alıb və  hüquqi baxımdan tələbi bir qədər mürəkkəbdir. Qanun qüvvədə olsa da, 10 -11 ildir ki, hansısa formada həyata keçirilməsi müəyyən olunmayıb. Bu baxımdan yaranmış boşluq  hansısa keçmiş və ya indiki məmurdan gəlir dekarasiyası ilə bağlı məsələdə müəyyən tələblərdən istifadə eləməyə imkan vermir. Tağı Əhmədovun məbləğin mənbəyini göstərməməsi məsələsi yoxdur. Əgər bu pullar qanunsuz yollarla əldə edilibsə, müəyyən dəlilləri olmalıdır və belə olarsa,  hüquqi ölçülər götürülə bilər. İndiki vəziyyətdə Tağı Əhmədovun gəlir dekarasiyası verilmədiyinə görə, hansı açıqlamasından istifadə edərək hüquqi təhqiqat ortaya qoymaq çətindir. 

Açığı, Tağı Əhmədovun hansı suala görə belə cavab verdiyini dəqiq bilmirəm. Ola bilər ki, çıxışı mətnin konstektindən çıxarılmış olsun. Bu baxımdan Tağı Əhmədovun çıxışını şərh eləməkdə müəyyən dərəcədə çətinlik çəkirəm. Ancaq bütün hallarda gəlir dekarasiyası müəyyənləşdirilməli və ona uyğun qiymət verilməlidir. Əgər deyilənlər gəlir dekarasiyası ilə üst-üstə düşməyəcəksə, bu, ciddi hüquqi problemlər yarada bilər”.

Картинки по запросу fariz namazlı vəkil

Fariz Namazlı: “Tağı Əhmədovun əlindən zorla alınan pul qaytarılmaldır”.


Tağı Əhmədovdan alınan 3 milyon manatın hədə-qorxu hesabına baş verməsindən dolayı bu pullardan geri qaytarılmalı olduğunu qeyd edən vəkil Fariz Namazlıya görə, Bakı Metropoliteninin keçmiş rəisinin əldə etdiyi bu pulların qanunsuz yollarla əldə edilib-edilməməsi sonrakı mərhələdir:

“Məsələ ondadır ki, bu işdə Tağı Əhmədovdan pul hədə-qorxu ilə tələb edilib və buna görə də o zərərçəkmiş şəxs kimi tanınıb. Bu halda zərərçəkmişdən tələb olunan pulun hansı formada əldə edilməsi, onun mənbəyi elə də əhəmiyyətli deyil. Əgər ayrıca icraat başlasa və pulun qanunsuz yolla əldə edildiyi  müəyyən olunsa, bu halda Tağı  Əhmədov məsuliyyətə cəlb edilə bilər. Amma indiki halda həmin pulu qanunsuz yolla Tağı Əhmədovun qazanması sübut edilməyibsə və araşdırılmayıbsa, onun məsuliyyətə cəlb edilməsi barədə danışmaq düzgün olmaz. Eyni zmanda Tağı Əhmədovun əlindən zorla alınan pul qaytarılmaldır. 

Tağı Əhmədovun məlum məbləğin haradan əldə olunmasını gizlətməsi başqa məsələdir və təbii ki, digər məmurların da maliyyə qaynaqlarının gizlədilməsinə dolayısı ilə köməklik göstərir. Çünki Tağı  Əhmədovun maliyyə qaynağını nümayişkarə şəkildə gizlətməsinə görə araşdırılmağa cəlb edilməməsi digər məmurları da arxayın salacaq”.

Картинки по запросу Araz əlizadə

Araz Əlizadə: ““MTN işi” ilə maraqlanmıram, məhkəmə prossesini də izləmirəm”.


Məsələ ilə bağlı əməkdaşımız Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin fikri ilə də maraqlanıb. Araz Əlizadə bildirib ki, o, “MTN işi” ilə maraqlanmır və ona görə də məhkəmə prosseslərini də izləmir. Bu üzdən də Araz bəy sualımızı cavablandıra bilməyəcəyini söylədi. 

Biz isə öz tərəfimizdən bildiririk ki, özünü partiya sədri və siyasətçi adlandıran, həmçinin seçicilərini, o cümlədən Azərbaycan Sosial Demokrat Partiyasını ölkə parlamentində təmsil edən bir şəxsin “MTN işi” ilə maraqlanmaması nonsensdir və anoloqsuzdur. Hər halda görünən odur ki, 25 ildən çoxdur ki, Azərbaycanda bir partiyaya rəhbərlik edən Araz bəyin siyasət anlayışı dünyanın siyasət anlayışından çox fərqlidir.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar