Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt təhsil şefi ilə bağlı ilginc iddialar: həbs, mənzillər və ….


Son günlər Sumqayıt təhsil şöbəsinin rəhbəri Ruhiyyə Tağıyevanın fəaliyyəti, daha doğrusu “Gənclər Şəhəri”nin pedoqoji kollektivi arasında yaratdığı narazılıq haqda mediada ardıcıl yazılar dərc olunur


PİA.AZ bildirir ki, cumhuriyyet.az bu mövzuya toxunmuş “Sumqayıtda Prezidentə və Mehriban Əliyevaya güc göstərən təhsil müdiri: “Mən deyən olacaq!…” başlıqlı məqaləsində təhsil şefinin qərəzli prinsipi sayəsində onlarla müəllimin işsiz qalması haqda geniş bəhs etmişdi.

Məlumat üçün oxucularımıza bildirək ki, Ruhiyyə İsabala qızı Tağıyeva bu ilin aprel ayında şəhər təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu təyinata qədər R. Tağıyeva Sumqayıt şəhər 24 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Əvvəllər isə 15 saylı məktəbdə direktor müavini olub. Sumqayıtın yeni təhsil şefi R.Tağıyevanın bu posta təyinatına qədərki proses və bu şəxsin vəzifə sahibi olması da maraqlı prosesdi. Belə ki, Qərbi Azərbaycanın Krasnoselo rayonun Gölkənd kəndindən olan əməkdar müəllim Vaqif Ələkbərovu Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən ləkələyərək çıxardıqdan sonra bu posta təyinat alan hazırda Sumqayıt təhsilinə rəhbərlik edən Ruhiyyə Tağıyevanın da pedaqoji tərcümeyi halı qüsursuz deyil. Belə ki, Sumqayıt şəhərindəki mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, xanım pedaqoq bir müddət əvvəl rüşvətlə “ilişib” amma onun prokurorluq orqanlarında çalışan yaxınları hesabına bu olay ört basdır edilib.

Sumqayıt şəhər Təhsil şöbəsinin müdirinin fəaliyyəti ilə bağlı da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatları diqqətinizə çatdırırıq: “Ən dəhşətlisi isə şöbə müdiri şəhərin təhsil sahəsində çalışanların “dərisini soyması”dır. Şöbə müdiri son zamanlar məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb. Bunun qarşılığında isə səlahiyyət sahibi özbaşınalıqlarına don geyindirərək təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir. Məlumatlara görə, Ruhiyyə Tağıyeva məktəb direktorlarına bildirib ki, rayonun təhsil sahəsindən və məktəblərdən əldə edilən gəlirlər hesabına nazirliyin aylıq “taksasın” ödəməklə istədikləri özbaşınalıqları həyata keçirə bilərlər. Şəhər məktəblərinin birində çalışan müəllimin verdiyi məlumata görə, əslində bu gün təhsildə köklü islahatların aparıldığı görüntüsü yaradılsa, təhsil ocaqlarında kosmetik təmir işləri aparılsa da, mövcud problemlər nəinki azalıb, hətta şöbə müdiri Ruhiyyə Tağıyevanın səyi nəticəsində rüşvət tarifləri bir qədər də artıb: “Adi uşağını orta məktəbə qoymaq üçün vətəndaşlardan 800-1500 manat civarında pul tələb olunur. Əgər övladını məktəbə qoymaq üçün həmin məbləğin düzəldilməsində zəruri ehtiyyac yaranarsa, qiymətlər kasıbın imkanları daxilindən çıxılır və ondan cəmi 500 manat alınır”. 

Bundan əlavə Sumqayıtda bütün bu baş verənlərdən Təhsil Nazirliyinin xəbəri olmadığını iddia edən mənbə bildirir ki, rüşvət yığımını nazirliyin müvafiq strukturu tənzimləyir və tarifləri müəyyənləşdirir. Bu isə yığılan vəsaitin bir hissəsinin məhz nazirliyə getdiyini söyləməyə əsas verir: “Burda il ərzində dövr edən vəsaitin miqdarı isə milyonlarla manatla ölçülür. Bu vəsaitin nə qədərinin şöbə müdirinə qaldığı, nə qədərinin “yuxarı” ötürüldüyü məlum olmasa da, şəhər Təhsil şöbəsinin fəaliyyəti araşdırılsa müəyyən nəticələr çıxarmaq olar. Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva təhsil sitemində bir çox üsullara əl atıb. Şöbə müdiri ixtisası olmayan şəxsləri də aidiyyatı olmayan sahələrə yönəltdirir. Əlbətki bu elə-belə başa gəlmir. Təbii ki, şöbə müdirinin “yuxarı”ya verdiyi pulları çıxarmaqdan ötrü qanunsuzluqlara yol verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar