Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilib


Şamaxıdakı “N” saylı hərbi hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr edilmiş bayram tədbiri keçirilib


İyunun 25-də 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə hərbi hissənin zabit və əsgər heyətini təbrik etmiş, Azərbaycan ordusunun yaradılması, respublikamızda ordu quruculuğu sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu gün bizim Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır. Qeyd etmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu sahəsində apardıqları islahatlar nəticəsində Qafqazda ən güclü müdafiə potensialı olan böyük hərbi bazaya malik bir ordu formalaşmışdır ki, aprel döyüşləri də bunu bir daha sübut etmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, bazasının möhkəmləndirilməsindən söz açan Gülnisə Ələkbərova bu sahədə Ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, məhz bu günün də bayram kimi qeyd edilməsinin Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərman ilə bağlı olduğunu qeyd etmişdir. Natiq çıxışının sonunda növbəti bayram tədbirlərinin Qarabağda, Şuşada keçirilməsini arzuladığını bildirmişdir.

Tədbirdən sonra iştirakçılar hərbi hissə ilə tanışlıq zamanı yeməkxanada əsgərlərlə birlikdə nahar etmişlər.

Daha sonra tədbir rayonun incəsənət ustalarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar