Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevda qayınanası ilə bağlı xəbərdarlıq etdi: “Məhkəməyə verəcəm”


Son günlər adı qayınanası ilə qalmaqalda hallanan müğənni Sevda Sanalıyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb


Lent.az-ın məlumatına görə, vəkili və mətbuat katibi ilə konfransa qatılan ifaçı bu sözləri deyib: 

“Çox istəyərdim ki, bu gün sizin qarşınızda şəxsi həyatımla bağlı söhbətlərlə yox, yeni mahnılarımla, kliplərimlə çıxım. Bu mövzuda danışmağa başlamamışdan öncə hər kəsdən üzr istəyirəm ki, bu cür mövzuya görə sizləri bura dəvət etmişəm. Çünki bilirsiniz ki, mən bu cür mövzularla, qalmaqallarla gündəmə gələn insan olmamışam. İllərdir bu mövzuda susdum, susmağa da davam edəcəkdim, amma mövzu sosiallaşdı, mən də sizi bura dəvət etdim ki, bu mövzuya burada nöqtə qoyaq. Elə sonlandıraq ki, daha bu mövzuya qayıtmayaq. Çünki bu mövzu nəinki məni, hətta ətrafımı, əzizlərimi zədələyir. Bu günə qədər insanlara özümü necə tanıtmışamsa, elə də qalmağımı istəyirəm. Siz jurnalistləri bura dəvət etməkdə məqsədim odur ki, sizdən xahiş edim, daha bu barədə yazmayasınız. Xahişimi nəzərə almasanız, hər şeyi hüquqi müstəvidə həll etməyə məcbur olacam. Mənə çox adam pis baxdı, dedilər, qayınanasını məhkəməyə verən gəlinsən. Bu, mənə də xoş deyil. Uşaqlarımın nənəsidir. Nəyə görə məhkəməyə verim? Çünki mənə olunan təhqirlərdən keçib. Mənim əzizlərimə qulaqlarınızın eşitmək istəmədiyi söyüşlər söydü. Mənim yerimə kim olsaydı, sakit oturmazdı”.

Daha sonra S.Sanalıyevanın vəkili Asif Abdullayev açıqlama verib: “Hər kəsin şəxsi həyatı var, o cümlədən də Sevda xanımın. Ailə daxilində çox şey ola bilər. Amma artıq bu mövzu ictimailəşəndə, şəxsin iradəsinə zidd olaraq onun ailə həyatının sirri açıqlananda insan mənəvi sarsıntıya məruz qalır. Sevda xanımın xahişi ondan ibarətdir ki, onun razılığı olmadan şəxsi həyatı ilə bağlı məsələlər işıqlandırılmasın. Yəni bu şəxsi həyat məlumatlarının qorunma təminatı qanunvericilikdə də öz əksini tapıb. Konstitusiyanın 32-ci maddəsinə görə də şəxsin razılığı olmadan onun barəsində məlumatların açıqlanmasına yol verilmir. Sevda xanım bu günə qədər hüquqi müstəvidə heç bir addım atmayıb. Amma bundan sonra əgər yenə də təhqir, şəxsi həyatın məlumatlarının açıqlanması, jurnalistlərə ötürülməsi kimi hallar olacaqsa, həmin şəxsə qarşı artıq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək. Təbii ki, bu mesaj əsas həmin mənbəyə ünvanlanır. Sevda xanımın şərəf və ləyaqətini alçaltmağa çalışır. Biz burdan həmin şəxsə xəbərdarlıq edirik ki, bu günə qədər bu məsələ qohumluq əlaqələrinə görə hüquqi müstəviyə çıxmırdısa, artıq bundan sonra belə olmayacaq. Bu məsələyə sərt reaksiya verilməsin. Bu gün bura bu məsələnin nöqtəsini qoymaq üçün yığışmışıq. Sevda xanım ailə məsələsinin işıqlandırılmasına etiraz edir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar