Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər


Ermənistanda yeni baş nazirin nə vaxt seçiləcəyi bəlli olub


Novator.az bildirir ki, aprelin 9-da hakim Respublika Partiyasının sədri Serj Sərkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçəcək, icra hakimiyyətinə baş nazir rəhbərlik edəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament 1-10 mart aralığında seçməlidir.

Hazırda Ermənistan parlamentinin 105 deputatı var. Hakim Respublika Partiyası parlamentdə 58, Sarukyan bloku 31, “Çıxış” bloku 9, Daşnaksütun Partiyası 7 mandatla təmsil olunur.

Respublika Partiyasından prezidentliyə Armen Sərkisyan namizəd seçilib. 64 yaşlı Armen Sərkisyan Ermənistanın Böyük Britaniyada səfiridir.

7 illiyə seçiləcək yeni prezident səlahiyyətinin icrasına aprelin 9-da başlayacaq. Ermənistan parlamentinin sədr müavini Arpine Ovannisyan yanvarın 23-də bəyan edib ki, aprelin 9-dan aprelin 16-dək fraksiyalar baş nazir postuna namizədlərini təqdim etməlidir. Baş nazir aprelin 17-si parlamentdə seçiləcək, sonra baş nazir müavinləri və nazirlər təsdiqlənəcək.

Serj Sərkisyanın baş nazir kürsüsündə əyləşəcəyi daha real görünür.

1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulan Serj Sərkisyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1975-1979-cu illərdə Yerevan Elektrotexnika Zavodunda tokar vəzifəsində çalışıb.

1979-1988-ci illərdə Stepanakert Şəhər Komsomol Komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Stepanakert Şəhər Partiya Komitəsində şöbə müdiri, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində təlimatçı, birinci katibin köməkçisi postlarını tutub.

O, işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.

1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.

2008 və 2013-cü illərdə prezident seçilib.

2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar