Azərbaycanın ilk musiqili internet televiziyası olan Muz TV Azərbaycan peyk yayımına başlayır
Məlumatı telekanalın mətbuat xidməti yayıb. Televiziyayla “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal sabahdan etibarən “Azərspeys-1” (“Azerspace-1”) peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.
Xatırladaq ki, Muz TV 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.
pia.az