Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsulzadə haqqında kitab çıxdı


“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb


TEAS Press Nəşriyyat Evindən Kulis.aza verilən məlumata görə kitab Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub.

Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləri işıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.

Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadə təkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.

Əsərdə M.Ə.Rəsulzadənin mühacirət həyatının bir çox qaranlıq səhifələri son dövrlərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında tədqiq olunub. M.Ə.Rəsulzadənin AzərbaycanQafqaz mühacirlərinin müxtəlif nümayəndələri ilə heç də hamar olmayan münasibətlərinə, onun sovet imperiyasının məzlum xalqlarının birliyinə nail olmaq, beləliklə, bolşevik rejimi ilə mübarizədə onların vahid cəbhəsini formalaşdırmaq istiqamətindəki səylərinə xüsusi önəm verilir.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı, tarix elmləri doktoru Aydın Balayevdir. O hələ SSRİ zamanında Azərbaycan Xalq Cümhuriyyəti barədə çıxan ilk kitablardan birinin müəllifidir. Daha sonra onun bir çox ölkələrdə – Rusiya, Almaniya və ABŞ-da kitabları və elmi məqalələri nəşr olunub. Müəllifin “TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr edilən “Məmməd Əmin Rəsulzadə: siyasi portret” əsəri nəşriyyatın “Məşhurların həyatı” adlı yeni seriyasından ilk kitabdır. Türkiyədə nəfis şəkildə çap edilən əsər rus dilindədir. Nəşriyyat gələcəkdə bu seriyadan digər məşhurların da həyatı və fəaliyyəti ilə bağlı kitabların nəşrini planlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar