Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Əhmədov dünya çempionu oldu


Moskvada pauerliftinq üzrə dünya çempionatı keçirilib


 Bu mötəbər yarışda “Zirvə” BİK-nun üzvü Ramil Əhmədov da iştirak edib.

36-dan çox ölkədən 1300-ə qədər idmançının qatıldığı yarışda Ramil uğurlu çıxışı ilə fərqlənib və mütləq çempion olub. Yüksək səviyyəli təşkilatçılıqdan söz açan Ramil Əhmədov yarışda digər yerli idmançılarımızın da çox yaxşı çıxış etdiklərini və nəticədə komanda hesabında II olduqlarını dilə gətirdi.

Yarışın sonunda idmançılarımıza kubok da təqdim olunub. Çempionumuz AAAF TV-yə müsahibəsində “Zirvə” BİK-nun üzvü olduğu üçün fəxr hissi keçirdiyini vurğuladı, göstərilən diqqətə görə kluba təşəkkürünü bildirdi.

Ramili qarşıda ciddi yarışlar gözləyir, o gələn il Fransada baş tutacaq Avropa çempionatına, elə həmin il ABŞ-ın Orlando ştatında keçiriləcək Dünya çempionatına ciddi hazırlaşır. O hazırlıqlarını paytaxtın ən tanınmış mərkəzlərindən olan “Viter Fitness”də edir. Çempion burada onun üçün yaradılan şəraitə görə mərkəzin rəhbəri, pauerliftinq üzrə dəfələrlə Dünya və Avropa çempionu və rekordçusu, tanınmış sabiq idmançı Vüqar Namazova təşəkkür də etdi.

Qeyd edək ki, 2014-cü ildə idman ustası adını alan Ramil Əhmədov bir neçə Avropa çempionu titulunu qazanıb, ötən il ABŞ-da baş tutan dünya çempionatının mütləq çempionu olub. (AzNews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar