Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin və ermənilərin sədaqətli nökəri - Lavrov getsə...


Rusiya xarici işlər naziri Sergey Lavrovun tezliklə vəzifədən gedəcəyi xəbəri yayılıb. Xəbərə görə, o, yorulduğu üçün işindən getmək istəyir. Lakin prezident Vladimir Putinin inadlı xahişindən sonra prezident seçkisinədək vəzifədə qalmağa razılaşdığı bildirilir. Maraqlıdır ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz şefinin XİN-i tərk edib-etməyəcəyi barədə məlumatsız olduğunu söyləyib. Yəni xəbəri nə təsdiq, nə də təkzib edib


Arayış üçün bildirək ki, dünən – martın 21-də 68 yaşı tamamlanan Sergey Lavrov 14 ildir fasiləsiz olaraq, Rusiya kimi qüdrətli bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edir. Onu şübhəsiz, Putinə ən sədaqətli kadrlardan biri və bəlkə də birincisi saymaq olar. Yoxsa bu qədər müddətdə postunda qala bilməzdi. Amma təkcə Putinə sədaqət hesabınamı o, yüksək vəzifədə duruş gətirə bilib?

Bu barədə az sonra. Hələlik bunu vurğulayaq ki, Lavrovun gedişi ilə ola bilsin, Rusiyanın konkret olaraq Dağlıq Qarabağ siyasətində ciddi dəyişiklik olmasın. Çünki Kremlin xarici siyasət kursunu, – Qarabağ məsələsi də bura daxildir, - XİN başçısı yox, məhz prezident müəyyən edir. Hərçənd, erməni kökənli Lavrov-Kələntərov bu siyasətə illər uzunu ermənilik elementləri qata bilib. Erməni erməni olmazdı hər işdə öz xislətindən bir nişanə saxlamasaydı.

Lavrov ile ilgili görsel sonucu

Bu mənada Lavrovun XİN rəhbərliyindən getməsi Azərbaycan üçün ən əvvəl psixoloji önəm daşıyır. Hər halda, Rusiya baş diplomatı postunda erməni əsilli biri qaldıqca Azərbaycan toplumunda Rusiyaya etimad çətin ki, yaxşıya dəyişsin. Həm də o səbəbə ki, Sergey Lavrov Rusiyada erməni lobbisinə bağlı ən yüksək çinli şəxsdir. Onun himayəsi altında XİN-də, Rusiyanın müxtəlif dövlət orqanlarında və KİV-də güclü erməni şəbəkəsi kök salıb və bu şəbəkənin əli yetərincə uzundur.

Lavrovun vəzifədən getməsi ilə həmin şəbəkənin “krışası”, yaxud lobbinin mühüm siyasi dayaqlarından biri yəqin ki, aradan getmiş olacaq. Söz düşmüşkən, məhz Lavrovun başçılıq elədiyi həmin şəbəkə Azərbaycana ermənipərəst birisini – Georgi Zuyevi səfir kimi sırımaq istəyirdi (Bakıda Rusiya səfirinin postu hələ də boşdur). Bundan əlavə, İran kimi bizim üçün mühüm bir dövlətdə Rusiyanı səfir qismində illərdir məhz Levan Çiqaryan ad-soyadlı erməni təmsil edir və daima Bakı-Moskva (Tehran), Ankara-Moskva (Tehran) münasibətlərinin təməlini qazımaqla məşğuldur.

Erməniləri xeyli məmnun edən “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” məlum bəyanatı da Lavrova məxsusdur. Bu, onun anonsudur ki, sabah Qarabağda antiterror əməliyyatı başlasa,  Lavrovun erməni damarı dərhal tutacaq və həm təbliğati, həm də başqa anlamda bütün “dolağı” ilə əleyhimizə işləyəcək. Onun nahaq yerə, Rusiyadakı ermənilərin “boz kardinal”ı adlandırmırlar ki. Təsadüfi deyil ki, prezidenti İlham Əliyev keçən yay Soçidə Putinlə təkbətək görüşü zamanı öncəliklə Lavrova işarə vuraraq, Rusiyada Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələrin olduğunu demişdi... 

Qayidaq istefa məsələsinə. Diqqət edildi yəqin, Sergey Lavrovun getməsini Putin yox, Lavrovun özü istəyir. Yəni onun işindən Kreml başçısı razıdır. Əks halda Putin onu çoxdan işdən qovmuşdu. Bu xüsusda istisna deyil ki andiçmədən sonra yeni hökumət formalaşarkən Putin onun qalıb işləməsində israr edə bilər. Daha bir səbəbdən.

Məsələ ondadır ki, Rusiyanın Qərblə münasibətlərinin korlanmasında və hazırkı kritik, hətta böhranlı vəziyyətə gəlməsində Lavrovun müstəsna “xidməti” var. Bunu da unutmaq olmaz ki  ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna qatı anti-Rusiyaçı Maykl Pompeonu gətirmək qərarı verib və onun namizədliyinin Senatdan keçməsi ehtimalı kifayət qədər yüksəkdir.

Yəqin ki, Putin bu amili də nəzərə alacaq və Senatın qərarını gözləyəcək. Əgər o, ABŞAvropa ilə konfrontasiya kursunda maraqlı olacaqsa, o zaman mümkün ki, Lavrovun qalmasında israr eləsin və ya ən azı, onun kimi sərt birisini bu vəzifədə görmək istəsin.

İstənilən halda, Lavrovun gedişi həm Qərblə, ABŞ-la münasibətlərə, həm də Qarabağ danışıqlar ətrafındakı duruma ümidverici bir ab-hava gətirər, sülh danışıqlarına gümrahlıq, Bakı-Moskva münasibətlərinə isə müəyyən həlimlik və proqnoza yatımlılıq qata bilər - bir şərtlə ki, xələfi ona “rəhmət” oxutduran biri olmasın...(musavat.com)

Zahid SƏFƏROĞLU

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar