Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin masallılı və bakılı oliqarxın “qələmini niyə qırıb”?


İddialar var ki, Rusiyada Mübariz Mənsimova ən yaxın iş adamı və “krışası” indi məhkəməyə verdiyi Vahid Ələkbərov olub; bəs nə dəyişib ki, indi təkcə “Palmali” rəhbəri deyil, “LUKoyl” prezidenti də hədəfə gəlib...


Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun biznesi ciddi böhran yaşayır. 

Virtualaz.org xəbər verir ki, milyarder vaxtilə ona sürətlə varlanmağa imkan yaradan “yağlı tikədən”-Rusiya neftinin daşınmasından məhrum edilib. Və ehtimal edilir ki, bu, şəxsən prezident Vladimir Putinin göstərişi ilə baş verib.

Xatırladaq ki, bugünlərdə Mənsimovun Türkiyədə fəaliyyətdə olan “Palmali Denizçilik” şirkətinin Rusiyanın “LUKoyl” şirkətinin neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”nun əleyhinə London məhkəməsində təzminat iddiası qaldırdığı məlum olub. İddiaya əsasən, Mənsimov Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar təzminat tələb edir. Səbəb isə budur ki, bir neçə il əvvəl “Palmali” şirkəti “Litasco” ilə neftin daşınmasına dair uzunmüddətli müqavilə bağlayıb.



Müqavilənin ona para gətirəcəyindən əmin olan Mənsimov özünün tanker donanmasını genişləndirib, 360 milyon dollara bir neçə “Armada” tipli tanker inşa etdirib. Lakin indi “LUKoyl” neft daşımaları ilə məşğul olmaq üçün öz şirkətini qurur, “Litasco”nu isə satışa çıxarıb. Bununla da “Palmali” şirkət “LUKoyl” un hasil etdiyi nefti daşımaqdan məhrum olub. Nəticədə Mənsimov “Litasco”nu “Palmali” ilə bağlanmış müqavilənin şərtlərini pozmaqda günahlandıraraq məhkəməyə müraciət edib.
“Palmali” Rusiyanın “LUKoyl” və “Rosneft” neft şirkətləri ilə uzun illərdir ki, əməkdaşlıq edirdi. Rusiyanın “LUKoyl” şirkəti ilə müqavilə 1998-ci ildə imzalanıb. Məlumatlara görə, Mənsimovun iş həyatındakı uğurlarında “LUKoyl” şirkəti ilə imzalanan müqavilənin rolu böyük olub. Belə ki, “LUKoyl”la 1998-ci ildə müqavilə imzalanarkən Mənsimovun Vahid Ələkbərovla həmyerli olmasından savayı, digər bazar iştirakçılarından heç bir üstünlüyü olmayıb. İlkin dövrdə “Palmali” “LUKoyl”un neftini Həştərxandan Xəzər vasitəsilə İrana çatdırırdı. 

Bu neft daxili ehtiyaclar üçün istifadə edilirdi. İran körfəzinin cənub limanlarından alınan yerli yanacaq isə “LUKoyl”un qərbli alıcılarına göndərilirdi. İlkin dövrlərdə “Palmali”yə məxsus gəmilər ayda 300 min ton neft daşıyırdı. Amma tezliklə Mənsimov dəniz daşımalarını genişləndirdi. 2003-cü ildə “Palmali” donanması artıq 45 gəmidən ibarət idi. 2006-cı ilin aprelində “Palmali” “LUKoyl”dan 270 mln. dollara buzqıran tipli 10 tanker aldı. Bir neçə il əvvəl “LUKoyl” şirkəti Xəzərin şimalında dəniz karbohidrogen yatağının obyektlərinin işlənilməsi üçün yük keçid kranına malik nəqliyyat-quraşdırma barjının layihəsinin hazırlanması və inşası üzrə tender elan etmişdi. Tenderi “Palmali” şirkəti qazandı və bu o zaman Rusiyanın biznes elitasında “yerliçilik” kimi ciddi əks-reaksiya doğurdu. Doğrudur, Mənsimov müsahibələrinin birində deyib ki, V.Ələkbərovla yalnız “LUKoyl”la işləməyə başlayandan üç il sonra tanış olub: “Yerli kimi onunla fəxr edirəm, amma heç vaxt ondan heç nə xahiş etməmişəm”. Bununla belə, iddialar var ki, Rusiyada Mənsimova ən yaxın iş adamı və “krışası” bir vaxtlar məhz Vahid Ələkbərov olub.



Qeyd edək ki, V.Ələkbərovun Kremldə mövqelərinin zəiflədiyi barədə xəbərlər intensivləşib. İddialar var ki, Putinin yaxın ətrafı V.Ələkbərovun işdən uzaqlaşdırılmasını istəyir. Vahid Ələkbərovla Mənsiomovun məhkəmə çəkişməsinə isə səbəb “LUKoyl”dan çox Rusiya hakimiyyətidir. 

Azərbaycanlı oliqarxın Putinlə münasibətlərinin niyə korlandığı haqda heç nə deyilmir. Mənsimovun Kremlin hədəfinə niyə gəldiyi barədə müxtəlif versiyalar irəli sürmək olar. Məsələn, “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun Rusiyadan didərgin salınmasının səbəbini hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsi ilə izah edirlər. Putin bu kimi “oşibka”ları bağışlamır. Üstəlik, Rusiyada hakimiyyət - oliqarxiya münasibətlərinin daha bir özünəməxsusluğu var. Hakimiyyət oliqarxların qazandığı pullardan Rusiya dövlətinə və əhaliyə də nəsə xərclədir, bəzi iri sosial proyektləri hətta onların büdcəsinə “yükləyir”. Putinin adamları Telman İsmayılova da “cəza kimi” bu tipli bir neçə proyekt təklif etsələr də, oliqarx razılaşmamışdı və bu səbəbdən indi həbsi belə gündəmə gəlib. 

Hazırda Mənsimovun da böyük miqdarda kredit borcları olduğu iddia olunur. Bildirilir ki, o, turizm sektorundakı aktivlərini sataraq fəaliyyətini ancaq neft daşımaları ilə məhdudlaşdırmağa hazırlaşır. Az inandırıcı olsa da, bəzi mənbələr Mənsimovun SOCAR neftinin daşınmasından da kənarlaşdırılacağını iddia edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar