Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Publik hüquqi şəxs statusu ali məktəblərə nə vəd edir? - Hədəflərə çatmaq, yoxsa…


Nadir İsrafilov: “Universitetlərin struktur, idarəetmə, göstərdiyi xidmətlər, təşkilati, maliyə, və digər Nizamnamə məqsədləri, tələbləri və şərtləri ilə tanış olduqdan sonra nəsə bir konkret və qəti fikir söyləmək olar”.


“Belə bir addımın atılması ilk növbədə idarəçiliyinin təkmilləşdirilməsinə, rasionallaşdırması və optimallaşdırılmasına xidmət edir”.

Bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov Prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmasının yarada biləcəyi  nəticələri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Prezidentin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edildi. Qeyd olunub ki, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq. Həmçinin Təhsil Nazirliyindən də bildirilib ki, ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq.

Publik hüquqi şəxs statusu ali təhsilin inkişafı sahəsində hədəflərə çatmaq üçün hansı yeni imkanlar yaradacaq?  

Bu sualla PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilova müraciət edib.

Related image

Nadir İsrafilov: “Təhsil haqqları ilə əlaqədar ödənişlər qaldırıla bilər ki, bu da müəyyən fəsadlarla müşayət oluna bilər”.


Növbəti aylarda və ya illərdə bir sıra digər universitetlər də publik hüquqi şəxs elan olunmasını istisna etməyən ekspert Nadir İsrafilovun  fikrincə, “Universitetin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna” müəyyən aydınlıq gətirilməlidir. Çünki məsələyə yanaşma hələ ki, bir mənalı deyil, və müəyyən aydınlaşdırmalar və dəqiqləşdirmələr tələb edir:

“Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki , Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Bu Qanunun 4.1-ci maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. 

Hesab edirəm ki, hər şey rəqabətə davamlılığdan, ona verilən kifayət qədər imtiyazlardan necə səmərəli istifadə edib edə bilməyəcəyindən, daha çox hansı xidmətlər göstərəcəyindən, hansı lahihələrə imza ata biləcəyindən, xarici tələbələrin cəlbindən, əldə olunan qrantlardan və bir çox digər səbəblərdən asılı olacaq. İstisna etmirəm ki, təhsil haqqları ilə əlaqədar ödənişlər qaldırıla bilər ki, bu da müəyyən fəsadlarla müşayət oluna bilər. O da istisna olunmur ki, növbəti aylarda və ya illərdə bir sıra digər universitetlər də publik hüquqi şəxs elan olunsun. 

Sadəcə olaraq “Universitetin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna” müəyyən aydınlıq gətirilməlidir. Baxmayaraq ki, məsələyə yanaşma hələ ki, bir mənalı deyil, və müəyyən aydınlaşdırmalar və dəqiqləşdirmələr tələb edir. Hər halda universitetlərin struktur, idarəetmə, göstərdiyi xidmətlər, təşkilati, maliyə, və digər Nizamnamə məqsədləri, tələbləri və şərtləri ilə tanış olduqdan sonra nəsə bir konkret və qəti fikir söyləmək olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar