Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev başsağlığı verdi



Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim və alim, respublika Dövlət mükafatı laureatı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, fizika-riyaziyyat elmləri doktoru Fikrət İsmayıl oğlu İsmayılov 2015-ci il martın 31-də ömrünün 81-ci ilində vəfat edib


PİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, prezident İlham Əliyev və hökumət rəsmiləri Fikrət İsmayılovun vəfatı ilə bağlı nekroloq imzalayıb. 

1935-ci il yanvar ayının 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. O, 1969–1971-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun kosmik materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi fakültəsində oxuyub.

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov burada müxtəlif vəzifələrdə çalışıb. 1973-cü ildə o, SSRİ Hərbi Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika İnstitutunda uzun illər laboratoriya müdiri işləyib.

Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə 1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.

Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti səmərəli olub. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi ilə yerinə yetirilib. Kosmosda mürəkkəb tərkibli kristalların və xəlitələrin alınma texnologiyası, çəkisizlik şəraitində müxtəlif təcrübələrin keçirilməsi, elektron cihazların istehsalı və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanması alimin araşdırmalarının əsas istiqamətlərini təşkil edirdi.

Fikrət İsmayılov 150-yə yaxın elmi əsərin, 30-dək elmi ixtira və səmərələşdirici təklifin müəllifi idi. Onun rəhbərliyi altında neçə tədqiqatçı dissertasiya müdafiə etmişdir. Ölkədə və onun hüdudlarından kənarda alimin müxtəlif simpozium və konfranslardakı çıxışları mütəxəssislərin marağına səbəb olub.

Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən Fikrət İsmayılov 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Üzərinə düşən bütün vəzifələrə dərin məsuliyyətlə yanaşmaqla o, çalışdığı sahələrdə göstərilən etimadı həmişə layiqincə doğrultub. 1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb siyasi proseslər zamanı Fikrət İsmayılov öz həqiqi vətəndaşlıq borcunu yerinə yetirərək milli mənafelərə sədaqət nümayiş etdirib.

Elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilən Fikrət İsmayılov bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış ictimai xadim və alim, təvazökar və səmimi insan Fikrət İsmayıl oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Ramiz Mehdiyev
Əli Şamil oğlu Həsənov
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
İbrahim Mehdiyev
Nazim Məmmədov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Ən çox oxunanalar