Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Premyer Liqa tarixində ikinci dəfə


Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu nadir hadisə ilə əlamətdar olub


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, çempionatda iştirak edən bütün komandalar startda qol sevinci yaşayıb.

"Neftçi" - "Qarabağ" oyununda (1:3) dörd, "İnter" - "Qəbələ" (1:2), "Zirə" - "Səbail" (2:1) və "Sumqayıt" - "Kəpəz" (2:1) görüşlərində üç qol qeydə alınıb. 13 qolun vurulduğu 4 oyunda orta məhsuldarlıq 3,25-ə bərabər olub. Uduzan bütün komandaların 1 qol vurduğu turda 8 iştirakçının hər biri rəqib qapısına yol tapıb.

1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 25 illik tarixinə nəzər salsaq, əvvəlki 25 mövsümdə yalnız 1 dəfə belə hadisə - ilk turda bütün komandaların qol vurması qeydə alınmışdı. Bu da 5 il öncə yaşanıb. 2012/13 mövsümünün ilk turunun baş tutan 5 matçında iştirak edən 10 komanda çempionata qolla start vermişdi. "Neftçi" ilə "Bakı" arasında qarşılaşmanın təxirə salındığı I turda "Simurq" - "Qəbələ" (1:1), "Sumqayıt" - AZAL (2:2), "Kəpəz" - "Turan" (1:2), "İnter" - "Qarabağ" (1:1) və "Rəvan" - "Xəzər Lənkəran" (1:1) görüşlərində qapıçılar çərçivəsini toxunulmaz saxlamağı bacarmamışdı. Həmin vaxt təxirə salınıb, bir müddət sonra keçirilən qarşılaşmada da hər iki komanda fərqlənmişdi - 1:1.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar