Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq rəmzidir


Martın 14-də Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı və Torpaq çərşənbəsi münasibəti ilə tədbir keçirilib


Əvvəlcə Mərkəzdə açılmış Novruz sərgisinə tamaşa edildi.Sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. 

Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Mərkəzin direktoru həmçini qeyd etdi ki, ümummilli lider Heydər Əliyev hər il bayram günü İçərişəhərə gəzməyə çıxar, insanlarla bayramlaşar və onlarla yumurta döyüşdürərdi. 

Bu, siyasi hakimiyyətlə xalq arasında böyük bağlılığın nişanəsi idi. Ümummilli liderin siyasi kursunu davam etdirən, milli-mənəvi dəyərləri yaşadan ölkə başçısı İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Prezidentin bu addımı da  xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Sonra Mərkəzin Baş fond mühafizi Bahar Abasova çərşəmbələr və Novruz süfrəsi, Mərkəzin bələdçisi Nurlanə Muradova isə inanclar və adət-ənənələr barədə çıxış etdilər.Sonra Mərkəzin kurs üzvlərinin və məktəblilərin ifasında rəqslər, şeirlər,haxışdalar səsləndirildi.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar